Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:45

Həccə gedən alimin öncə sorağı, sonrasa özü Amerikadan gəldi


Şahram Əmiri
Şahram Əmiri
Bir il əvvəl qeyb olan İranlı nüvə alimi Şahram Əmiri evinə qayıdır. İranın dövlət televiziyasına müsahibə verən Əmiri Həcc ziyarətində olarkən, ötən il Səudiyyə Ərəbistanı və Amerika agentləri tərəfindən oğurlandığını deyib.

İranlı alim dərmanlarla uydurulduğunu və Amerikaya göndərildiyini bildirir. Və müsahibəsində iddia edir ki, ABŞ-da olarkən Mərkəzi Kəşfiyyat Agentliyi onu öncə şirnikləkləndirmə, sonrasa qorxutma yoluyla İranın sirlərini satmağa məcbur eləyib.

Əmiri Virciniyada Amerika agentlərindən qaçdığını deyir. İranlı alim bu həftənin əvvəli Pakistanın Vaşinqtondakı səfirliyində peyda olub və evinə qayıtmasında yardım edilməsini istəyib.

ABŞ rəsmiləri isə alimin qaçırılması və zorla Birləşmiş Ştatlara gətirilməsi iddialarını rəd edirlər. Deyirlər ki, onun indi belə açıqlamalar verməsinin səbəbi ailəsinin İranda qalması və hədələnməsidir. ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Əmiri ABŞ-da öz xoşuyla gəlib və istədiyi zaman gedə bilər.

Əmiri artıq İrana uçub və cümə axşamı bu ölkədə olacaq. İran Xarici İşlər nazirinin müavini Həsən Qəşqavi deyib ki, alim ölkəsinə qayıdan kimi məsələni ciddi araşdıracaqlar və Əmirin qaçırılması və girov saxlanmasıyla bağlı məsələni hüquqi müstəviyə daşıyacaqlar.
XS
SM
MD
LG