Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:54

Prezident Administrasiyasının qarşısında etiraz


Saatlı və Sabirabad rayonunun bir qrup sakini Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar daşqından sonra onlara ayrılan kompensasiyanın azlığına etiraz edirlər.

Etiraz edənlər hadisə yerində olan müxbirimizə deyiblər ki, rayon rəhbərliyi onlara hər ailə üzvünə görə 200-300 manat məbləğində kompensasiya ödəniləcəyini bildirib ki, bu da çox cüzi məbləğdir.

Hazırda sakinlər Prezident Administrasiyasında qəbul olunub şikayətlərinin prezidentə çatdırılması üçün gözləyirlər.
XS
SM
MD
LG