Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:31

İranın daşladığı qadına Braziliyadan sığınacaq təklifi


Səkinə Məhəmmədi Aştiani
Braziliya prezidenti Luiz İnasio Lula da Silva ərinə xəyanətdə təqsirli bilinərək daşlanma yolu ilə edama məhkum edilmiş iranlı qadın Səkinə Məhəmmədi Aştianiyə sığınacaq təklif edib:

«İran prezidentinə və xalqına dost münasibətimi və ehtiramımı bildirərək deyirəm ki, əgər bu qadın orada problemə səbəb olursa, biz onu Braziliyada qarşılamağa şad olarıq».

99 ŞALLAĞIN ARDINCA EDAM CƏZASI


43 yaşlı Səkinə Məhəmmədi Aştiani ərinə xəyanətə görə bir dəfə 99 dəfə şallaq cəzası alıb. Lakin sonradan istintaq onu ərinin qətlində şübhəli bildiyinə görə, cinayət işini təzələyib. Ancaq ona qarşı irəli sürülən bu ittiham təsdiqini tapmasa da, hakim əvvəlki - ərinə xəyanət ittihamına görə ona verilən cəzanı yenidən nəzərdən keçirib. Qadın daşlanma yolu ilə edama məhkum edilib.

İranla mehriban münasibətlər saxlayan Braziliya prezidentinin təklifi onun mövqeyində dəyişiklik olduğunu göstərir. O, ilk vaxtlar məsələyə müdaxilə etmək xahişi ilə ona müraciət olunanda demişdi ki, başqa ölkələrin rəhbərlərindən öz ölkələrinin qanunlarını saymamağı xahiş edə bilməz.

BEYNƏLXALQ ALƏM BU EDAMA QARŞIDIR

Braziliya prezidentinin bu təklifindən qabaq ABŞ, Avropa Birliyi və beynəlxalq hüquq müdafiə təşkilatları İranı Aştianinin edamını icra etməməyə çağırmışdılar.

Braziliya prezident Lula da Silvanın İran prezidenti Mahmud Əhmedinejatla şəxsi münasibətləri çox yaxşıdır. May ayında onun vasitəsilə İranın dalana dirənmiş nüvə proqramı ilə bağlı razılaşma əldə olunmuşdu. Həmin razılaşmaya görə, İran az zənginləşdirilmiş uranı Türkiyəyə ötürməli, əvəzində isə özünün tibbi tədqiqat reaktorları üçün yüksək zənginləşdrilmiş yanacaq almalıydı. Lakin bu saziş ABŞ tərəfindən rədd edildi. Bu, BMT-nin Təhlükəsizlik Şurasının Tehrana qarşı növbəti sanksiyalarının qarşısını ala bilmədi.

İRAN TƏNQİDÇİLƏRİ TƏNQİD EDİR

Braziliya prezident Lula da Silvanın İran prezidenti Mahmud Əhmedinejatla şəxsi münasibətləri çox yaxşıdır
İran Aştianinin müdafiəsi uğrunda aparılan beynəlxalq kampaniyanı tənqid edib. İranı dövlət televiziyası bu kampaniyanı aparanları Qərb və İsraillə bağlayır, onları insan qatilini azadlığa buraxmağa tələb etməkdə ittiham edir.

Aştianinin vəkili Məhəmməd Mustafayi isə həbsi haqqında order veriləndən sonra yoxa çıxıb. Onu haqqında axtarış elan olunub. Vəkilin həyat yoldaşı və qaynı da saxlanılıb.

Vəkil Mustafayi Aştianiyə qarşı çıxarılan hökmü ədalətsiz adlandırmış və məsələnin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında həlledici rol oynamışdı:

«Bəzi hakimlər bu cür sərt hökmlər çıxarmağa tərəddüd edirlər. Çünki bu cinayətləri sübut etmək olduqca çətindir. Amma yenə də elə hakimlər olur ki, onlar şahidlərin səmimi ifadələrinə yox, öz şəxsi mülahizələrinə əsaslanıb belə hökmlər çıxarırlar».

Belə fikir var ki, Aştianinin iki övladını analarının xilası uğrunda beynəlxalq kampaniya aparmağa vəkil ruhlandırıb:

İyulun 29-da Londonda hüquq müdafiəçiləri Aştianinin yazmış olduğu iddia olunan məktub yayıblar. Həmin məktubda deyilir ki, «mənə daşlanma cəzası veriləndə elə bildim sanki dərin bir quyuya düşdüm, sanki huşumu itirdim. Mən ölməkdən qorxuram, sağ qalmağa və uşaqlarıma qovuşmağıma kömək edin».

/Tərcümə etdi: Kəbiran Dilavərli/
XS
SM
MD
LG