Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:41

Azərbaycan diasporu M.Brayzanın səfir olmasına çalışır


M.Brayza
M.Brayza
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Prezident Barak Obamanın irəli sürdüyü namizəd Metyu Brayza ilə bağlı səsverməni təxirə salıb.

ABŞ Senatının Xarici Əlaqələr Komitənin sədri, senator Con Kerri deyib ki, Brayzanın namizədliyi ilə bağlı səsvermə Amerikadakı erməni icmasının maraqlarını təmsil edən senator Barbara Bokserin müraciəti əsasında Konqresin avqust fasiləsindən sonra keçiriləcək.

ABŞ-da yaşayan azərbaycanlıların AZAD təşkilatının sədri Elmar Şahtaxtinski bildirir ki, Qarabağ münaqişəsinə və bu məsələdə Bakının mövqeyinə yaxından bələd olan bir adamın Azərbaycana səfir təyin olunması Bakının maraqlarına uyğun olardı. M.Brayza uzun müddət Qarabağ Danışıqlarına vasitəçilik edən ATƏT-in Minsk Qrupunda ABŞ-dan həmsədr olub. Elmar Şahtaxtinski hesab edir ki, Azərbaycana səfir təyin olunmasında yaranan bu problemdə Bakının da günhları var:

- Azərbaycana səfir təyinatının bu qədər kecikməsi, Erməni diasporunun prosesə bu qədər təsir etməsi onun göstəricisidir ki, Azərbaycan hökumətinin ABŞ-la əlaqələri lazımi qədər güclü deyil. Azərbaycan özünü demokratik, Qərbyönümlü dövlət kimi göstərə bilsəydi, səfirin kim olmasına disaporun təsiri bu qədər ola bilməzdi.

Bu göstərir ki, Azərbaycan hökuməti ölkənin nüfuzunu o qədər aşağı salıb ki, ölkəyə kimin səfir göndərilməsi erməni diasporundan asılı əziyyətə düşüb.
ABŞ-da yaşayan Azərbaycanlılar Şəbəkəsindən Yusif Babanlı isə bildirir ki, onlar ermənipərəst konqresmenlərin Brayzanın səfir təyin olunması prosesinə təsirini azaltmaq üçün kampaniya aparırlar. İnternetdə bir müraciət forması yerləşdiriblər. ABŞ vətəndaşı olan azərbaycanlılar həmin formanı imzalayıb Konqresdəki öz nümayəndələrinə göndərə bilirlər:

- Biz bildirirk ki, M.Brayzanın Azərbaycanla bağlı heç bir şəxsi marağı yoxdur, sadəcə olaraq o, regionu tanıdığına görə ən yaxşı namizəddir. Təşkilatın internet saytında məktub qalır, kim istəsə, o məktubu sistem vasitəsilə Konqresdəki öz nümayəndəsinə göndərə bilirlər. Yəni ABŞ vətəndaşı olan azərbaycanlılar həmin məktubu öz konqresmenlərinə göndərə bilərlər.

2009-cu ilin iyul ayından ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi boşdur. Azərbaycan hökuməti bu qeyri-müəyyənliyin ikitərəli əlaqələrə təsir etməsindən narahatlıq ifadə edib. Bir neçə ay əvvəl Azərbaycanın mövqeyini müdafiə edən konqresmenlər də Konqresə müraciət edərək səfirin olmamasının ABŞ-Azərbaycan əlaqələrində qeyri-müəyyənlik yaratdığını bildiriblər.
XS
SM
MD
LG