Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:54

Azərbaycan Rusiyanın taxıl qadağasından narahat deyil


İlin axırına kimi ehtiyatımız 900 min tona çatacaq
İlin axırına kimi ehtiyatımız 900 min tona çatacaq
Rusiya bu ilin dekabrına qədər taxıl ixracatına qadağa qoyub. Qadağa baş nazir V. Putinin göstərişiylə avqustun 15-dən başlanır.

Putin qadağını ölkədə quraqlıq keçməsiylə əlaqələndirərək Belorusiya və Qazaxıstana da analoji addım atmağı təklif edib.

Qazaxıstanın kənd təsərrüfatı nazirliyinin məsul əməkdaşı Evqeniy Aman RİA Novosti-yə müsahibəsində bildirib ki, onun ölkəsində hava yaxşı keçib, məhsul bol olub, ona görə də taxıl icraatına qadağa qoymağa ehtiyac görmürlər.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi isə Rusiyanın taxıl qadağasından narahatçılıq keçirmir. Nazirliyin şöbə müdiri Sabir Vəliyev AzadlıqRadiosuna bildirib ki, ölkənin taxıl ehtiyatı var:

- 520 min ton idxal olunub, 2 milyon ton da istehsal eləyəcəyik, ondan 1 milyon 300 mini ərzaq buğdasıdır. Bəzi firmalar Qazaxıstana vəsait keçiriblər. Ordan da hər ay 87 min ton gəlməsi nəzərdə tutulub. İlin axırına kimi ehtiyatımız da 900 min tona çatacaq. Biz əsasən Qazaxıstandan taxılı alırıq. Taxıl idxalının 13 faizi Rusiyadandır.

Payız əkinində də 900 min ton taxıl əkiləcəyini deyən Sabir Vəliyevin sözlərinə görə, ölkədə unun və çörəyin bahalaşmasına səbəb yaranmayacaq. O, nazirliyin ölkəyə gətirilən taxıl məhsullarının əlavə dəyər vergisindən azad edilməsi üçün hökumətə müraciət etdiyini açıqlayıb.

İki il əvvəl də bəzi ölkələrin taxıl ixracatını qadağan etməsindən sonra Azərbaycan hökuməti taxıl idxalına Əlavə Dəyər Vergisini ləğv etmişdi. Sonradan isə bu vergi yenidən tətbiq edildi.
XS
SM
MD
LG