Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:59

Vahid məktəbli formasını Bakı Tikiş Evindən almaq məcburi deyilmiş


Bakı Tikiş Evi
Bakı Tikiş Evi
«Bakı Təhsil İdarəsinin qərarı var, 1-4 –cü siniflər vahid məktəbli geyiminə keçir. Məktəbli formanı mart ayından elan etmişik, demişik valideynlərə ki, haradan istəyirsiniz alın, amma 15-də bununla gəlin».

Bunu AzadlıqRadiosuna Bakı Şəhər Baş Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zəminə Əliqızı deyir.

Onun bildirdiyinə görə, vahid məktəbli formasının yalnız Bakı Tikiş Evindən alınması ilə bağlı heç bir rəsmi göstəriş yoxdur. Buna görə də valideynlər paltarı harada tikdirməkdə sərbəstdirlər:

«Bizə məlumat veriblər ki, tikiş sexləri, hansısa fabrik, şirkətlər də tikir. Tiksin, Allah xatirinə. Bakı Tikiş Evi kütləvi tikişlə məşğuldursa, buna niyə qısqanclıqla yanaşırlar. Özləri də bəyan ediblər ki, kim istəyir tiksin. Heç bir göstəriş yoxdur».

Z.Əliqızı həmçinin məktəblərdə valideynlərdən məktəbli geyiminin məhz Bakı Tikiş Evindən alındığını sübut edən çekin tələb edildiyi barədə iddiaları da əsassız adlandırıb.

Bakı Şəhər Baş Təhsil İdarəsinin rəsmisi onu da bildirib ki, məktəbli geyiminə keçid prosesi noyabr ayının 1-nə qədər uzadılıb:

«Bakı Tikiş Evi bizə məlumat verib ki, sentyabrın 15-nə çatdıra bilmir, kütləvidir axın. Sabah (sentyabrın 15-i – red.) kim məktəbli forması əldə edə bilməsə, ağ köynək, qara yaxud göy şalvar və ya «yubka» geyinə bilərlər. Dərs ili boyunca noyabrın 1-nə qədər hökmən məktəbli geyimi əldə etməlidirlər».
XS
SM
MD
LG