Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:42

73 nəfər ABŞ-da niyə həbs olunub?


73 nəfər 3.9 milyon dollar oğurlamaqda ittiham olunur
73 nəfər 3.9 milyon dollar oğurlamaqda ittiham olunur
Rusiya, Ukrayna, Qazaxıstan, Moldova və Belarusdan olan 73 nəfər ABŞ-da həbs olunub. Tutulanların çoxları 19-26 yaşlarındakı tələbələrdir. Onları rəsmən saxta sənədlərdən itifadə edərək başqalarının hesablarından 3.9 milyon dollar oğurlamaqda ittiham edilər.

İstintaq hələ davam edir, odur ki, oğurlanan pulların və oğurluğa məruz qalanların sayı da arta bilər. Hələ ki, soyulan hesabların əsasən 5 ABŞ Bankında olduğu bilinir. Hesablar adi vətəndaşlardan tutmuş, biznes sahiblərinə, şəhər bələdiyyə büdcələrinə aid olub.

TROYAN VIRUSU


Nyu-York Ştatının prokuroru Prit Bharara bildirib ki, tutulanlar hamısı Şərqi Avropadan olan cinayətkar şəbəkəyə yaradıblar^

- Bu işdə Şərqi Avropalı hakerlərə kömək edən onlarla müttəhim var ki, onlar bir Troyan virusun köməyi ilə ABŞ banklarından mlyonlarla dollar pulun oğurlanmasına yardım ediblər. Zevs Troyanı kimi tanınan bu virus cinayətkara bank müştərilərinin hesabları haqda bütün məlumatları əldə etməyə və hesabları soymağa imkan verir.

Hələ ki rəsmilər oğurluğun necə baş verməsiylə bağlı detalları istintaqa görə tam açıqlamırlar. Bu ittihamlarla bağlı bir çox ölkələrlə, məsələn Şərqi Avropa dövlətlərinin hüquq-mühavizə orqanlarıyla əməkdaşlıq aparılır.

Əvvəlcə kompüterə e-maillər göndərilib və e-mail açılan kimi virus kompüterə yoluxub və bank hesablarıyla bağlı bütün informasiya və parolları oğurlayıblar
Amma ümumilikdə prosedur belə olub ki, əvvəlcə kompüterə emaillər göndərilib və email açılan kimi virus kompüterə yoluxub və bank hesablarıyla bağlı bütün informasiya və parolları oğurlayıblar. Sonra bu məlumatlardan istifadə edən şəxslər oğurlanan hesablardan pul çəkməyə başlayıblar.

İZ AZDIRMAQ ÜSULU

Və həmin pulları kiçik məbləğlərlə tələbələrin hesablarına keçirməklə və ya tələbələrə bu hesablardan bala-bala pul çıxartdırmaqla iz azdırıblar. Odur ki, indi tutulanların da əksəriyyəti ABŞ oxumağa və ya mübadilə proqramlarıyla gələn post-sovet məkanından olan tələbələrdir.

Onların bəziləri heç hansı işi gördüklərinin fərqində də olmayıblar. Və öz hesablarına yığılan pulları kiçik hissələrlə Western Union və başqa pulköçürmə vasitələriylə Şərqi Avropaya ötürməyə başlayıblar.

Amma FBİ – Federal Təhqiqatlar Bürosunun Nyu-York ofisinin rəhbəri Janice Fedarchuk deyib ki, tələbələr saxta sənədlərdən istifadə ediblər. Deməli, artıq günahkardırlar və ABŞ qanunlarıyla cəzalanacaqlar.

Polis bu şəbəkənin başında əsasən 4 nəfərin durduğunu düşünür. 73 nəfərin qalanı isə əsasən təzə işçılər - tələbələri çəlb etməklə məşğul olublar.

Polis ilk dəfə 2010-cu ilin fevralında şübhələnib. Bak of America Bronks ofisindən şübhəli şəkildə bir nəfərin 44 min dollar çıxartmasını bildirməsindən sonra.
XS
SM
MD
LG