Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:46

ARDNŞ və BP arasında saziş imzalanıb


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP şirkəti arasında Xəzərin Azərbaycan sektorunda yerləşən «Şəfəq-Asiman» perspektiv strukturun birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında yeni Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb

APA-nın xəbərinə görə, sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və «BP-Azerbaijan»ın prezidenti Rəşid Cavanşir imzalayıb. İmzalanma mərasimində Bakıda səfərdə olan BP-nin prezidenti Robert Dadli də iştirak edib.

Tədbirdə çıxış edən R. Dadli bunları deyib:

«Ümid edirəm ki, bizim aparıcı texnologiya və səriştəmizlə Azərbaycanın təcrübə və potensialının birləşməsi Xəzərdə yeni kəşflərə gətirib çıxaracaq».

Bundan öncə «Şəfəq-Asiman» dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən «Sazişin Əsas Prinsipləri» razılaşdırılıb və imzalanıb. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən, «BP Exploration Caspian Sea» şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya, ARDNŞ isə qalan 50% paya malikdir.

«Şəfəq-Asiman» bloku Bakıdan 125 km cənub-şərqdə yerləşir və 110 kv. km ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərin sulu hissəsində suyun dərinliyinin 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.
XS
SM
MD
LG