Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:24

Səudiyyə şahzadəsinə xidmətçisini döyüb-öldürdüyünə görə ömürlük həbs cəzası verildi


Saud Abdulaziz bin Nasser al Saud öz xidmətçisini döyməsi videosundan kadrlar
Saud Abdulaziz bin Nasser al Saud öz xidmətçisini döyməsi videosundan kadrlar
Səudiyyə Ərəbistanın şahzadəsi Londonda öz xidmətçisinin qətlində günahkar bilinib. Britaniya məhkəməsi Şahzadə Səud Əbdüləziz bin Nasser əs Saudu öz xidmətçisi Bəndar Əbdüləzizi Landmark mehmanxanasında fevralın 15-də qətlə yetirdiyi qərarını verib.

Məhkəmə Şahzadəni ömürlük həbs cəzasına məhkum edib.

34 yaşlı Şahzadə Saəduiyyə Kralı Abdullanın qardaşı oğludur.

Prokuror Conatan Leydlou deyib ki, şahzadə əvvəllər də öz xiodmətçisinə qarşı zorakılıq tətbiq edib, onu döyüb və sexual xarakterli hərəkətlərə yol veribmiş. İstintaq xidmətçinin döyülüb, öldürülməzdən əvvəl, həm də seksual təcavüzə məruz qaldığını bildirib.

Şahzadə ittihamları öncə rədd eləyib. Və Valentin günün gecəsi otel otağında yataqda ölmüş halda tapılan xidmətçiylə yaxın dost olduğunu iddia eləyib. Amma mehmanxanaın işçiləri Şahzadəylə xidmətçsinin sadəcə dost yox, daha yaxın münasibətlərdə olduğuyla bağlı ifadə veriblər. sonra isə şahzadənin öz midmətçisini döyməsi videoları internetdə yayılıb.

Səudiyyə Ərəbistanında homoseksuallıq cinayət sayıldığından, şahzadənin seksual xarakterli hərəkətləri təkzib etdiyi qərara alınıb.
XS
SM
MD
LG