Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:46

“Harri Potter”in müəllifi intihar haqda düşünür


“Harri Potter” romanlarının müəllifi, milyarder yazar Coan Roulinq etiraf edib ki, son zamanlarda psixoloji durumu sabit deyil, ovqatı tez-tez kəskin dəyişir, hətta zaman-zaman intihar haqqında da düşünür.

Roulinq bunu Amerikanın ən məşhur teleaparıcılarından olan Opra Uinfrinin tok-şousunda deyib.

Yazıçı bu yaxınlarda klinikadan çıxdığını, orada psixoterapiya kursu keçdiyini, amma müalicənin yalnız müvəqqəti effekti olduğunu, kursu davam etdirəcəyini bildirib.

Roulinq Uinfriyə gileylənib ki, məşhurluğu ona problemlər yaradıb, ürəyində tənhalıq yuva salıb.

Onu heç təxminən 1 milyard dollarlıq var-datı da sevindirmir. İşsiz evdar qadın olarkən yarıac həyat sürdüyü, yazı makinəsində - ona sonradan məşhurluq gətirəcək "Harri Potter"in ilk bölümlərini yazdığı tez-tez yadına düşür.

Bundan başqa tələm-tələsik ərindən boşanması, sonra yenidən nigah bağlamaları yazıçı üçün əlavə əsəb və stress mənbəyi olub, depressiyaya aparıb çıxarıb.
XS
SM
MD
LG