Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:26

İraq müharibəsi ilə bağlı minlərlə məxfi sənəd yayılıb


Viki Liks (WikiLeaks) internet saytı İraq müharibəsiylə bağlı minlərlə məxfi sənəd yayıb.

Sənədlərə göstərilir ki, 2004-2009-cu illərdə ümumilikdə İraq müharibəsində 109 min adam həlak olub ki, onların 66 mindən çoxu dinc sakinlərdir.

Bunu yaytın banisi Julian Assanc Londonda keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, müharibədə itkiləri araşdıran yerli təşkilatla birgə aparılmış araşdırılmalar zamanı aydın olub ki, söhbət indiyədək sənədləşdirilməmiş və ya qeyri müəyyən qalmış təxminən 15 min dinc sakinin ölümündən gedir.

Materiallarda həmçinin İraq hərbçilərinin məhbuslara işgəncələr verdikləri, onları ələ saldıqları, təhqir etdikləri bildirilir.

Məlumatdfa bildirilir ki, ABŞ hərbçiləri bunlardan xəbərdar olsalar da araşdırma aparmayıblar.

ABŞ dövlət katibi Hillari Klinton saytı məxfi materialları yaymaqda ittiham edib.

Həmçinin Pentaqon bəyan edib ki, bu cür informasiyaların sızması ABŞ əsgərləri və onların iraqlı tərəfdaşlarının taleyini təhlükə altında qoya bilər.

İraq hökumətinin məlumatına görə, saytda 400 minədək belə məxfi sənəd imzalanıb.
XS
SM
MD
LG