Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

TV debatlar: tərif dənizində tənqid damlalari


Oktyabrın 23-də İctimai TV-də deputatlığa namizədlərin növbəti debatları oldu. 4 dəqiqəlik pulsuz efir vaxtından 5 seçki dairəsindən 31 namizəd istifadə etdi. Bu debatlar 2 saatdan çox davam etdi.

İLHAM ƏLİYEVİN TƏRİF MƏCLİSİ?

17 saylı II Yasamal Seçki Dairəsini çıxmaq şərtilə, digər seçki dairələrində qeydə alınan namizədlərin əksəriyyəti sanki “”prezident İlham Əliyevi daha çox kim tərifləyər” yarışına girmişdilər.

17 saylı II Yasamal Seçki Dairəsi isə həm namizədlərin sayına, həm də mövqeyinə görə zəngin idi.

Hansı dairədən kim?
14 namizədin hər biri debata qatılmışdı və hər biri, necə deyərlər, “öz əlinə oynayırdı”. Onların əksəriyyəti 4 dəqiqəlik vaxtından “xəsisliklə” istifadə etməyə çalışırdı. Çoxu bu vaxtı opponentinə cavab vermək üçün saxlamağa çalışır, bəzilərinin isə seçiciyə deməyə sözü olmadığından sadəcə vaxtını dayandırırdı.

Debatın ortasında namizədlərdən öz növbəsini başqasına ötürən də oldu. 4 dəqiqə vaxtını saniyələrə bölənlərin arasında təxminən belə bir dialoq alındı.

İNKİŞAF EDƏN NƏDİR: İQTİSADİYYAT, YOXSA KORRUPSİYA?

Həsrət Rüstəmov:

- Yasamal şəhərin mərkəzi olsa da, elə bil ucqar rayonda yaşayırlar. Azərbaycanda inkişaf meylləri görünür, amma bu, tısbağa yerişli inkişaf kimi görünür. Almaniyada bir km-lik yolu 1,5 milyon dollara çəkirlər, bizdə 15 milyona. Amerika bizdə 150 min dollara məktəb tikir, Azərbaycanın tikdiyi məktəb 3-5 milyona başa gəlir.

Bəxtiyar Hacıyev:

– Burda 14 namizəd görürsüz, yəqin ki, qərar vermək də çətin olacaq. Aramızda artıq bir dəfə deputat olan Ülvi Quliyev də var. Platformasındakı vədlərdən biri belədir ki, haqsızlığa son qoyacaq. Soruşmaq istəyirəm ki, parlamentdə indiyə kimi qaldırmağa haqsızlıq tapmayıbmı? Bir gündə büdcəsinə sadəcə neftdən 60 milyon dollar gələn ölkənin 85 manat pensiya alması haqsızlıq deyilmi? Həkimlərin, müəllimlərin az maaş alması haqsızlıq deyilmi?

Ülvi Quliyev:

- Azərbaycanda problemlər mövcuddur, amma həlli yolları da var. Hər şeyi qara rəngdə görmək etik normalara uygun gəlmir.
Heydər Əliyev foyedə dururdu. Heç kim ona salam vermirdi, mən gedib onunla görüşürdüm, dərdləşirdim...


Elşad Həsənov:

- Sizlərə vəd veriləcək, damlarınız qırlanacaq, küçələr asfaltdanacaq... Amma deputat asfalt çəkən maşın deyil, deputat qırçı deyil.

Qənimət Zahid:

- Düz deyirlər, Azərbaycanda inkişaf var, amma bu korrupsiyanın, avtoritarizmin inkişafıdır.

BİRİ VAR İDİ, BİRİ YOX İDİ...

Vaxtını tez-tez saxlayan Elşən Musayev bunu belə əsaslandırdı ki, Qənimət Zahidinn timsalında hələ bir-neçə namizədin nağıllarına qulaq asmaq istəyir.

AXCP-Müsavat blokunun namizədi Qənimət Zahid də dedi ki, o nağıllardan həqiqətə keçmək istəyir və Nazirlər Kabinetinin qərarlarına toxunub bildirdi ki, iri miqyaslı layihələr korrupsiya mənbəyidir: “Aeroprt yolunun bir km 22 milyon dollara başa gəlməsidəmi nağıldır?”.

Hansı dairədən kim?
Hər çıxışından sonra replika ilə üzləşməsinə Qənimət Zahid belə reaksiya verdi:

- Çıxışlarınızı mənim çıxışımın motibləri əsasında qurmayın, siz mandatı məndən almaq istəmirsiz, seçicidən istəyirsiz.

Elçən Musayev isə Qənimət Zahidə “bu dediklərində nağıl olmaya bilər, amma siz bu dedikləriniz spekulyasiyadır” cavabını verdi.

Səsinin tonunu qaldıran namizəd əlavə etdi ki, əli əsən, gözü titrəyən adamlar şeckiyə qoşulub və əlavə etdi:

- Güzgüdə özlərinə baxmırlarmı ki, məndən deputat olar, ya yox? Deyirlər Qarabağı alacaqlar. Deputat Qarabağ alandır? Bu adamları mağazaya göndərsən, heç bir toyuq alammazlar.

SOSİAL-DEMOKRATLAR DA PREZİDENTİN ƏTRAFINDA SIX BİRLƏŞİR?

Araz Əlizadə bütün çıxışını İlham Əliyevin siyasətinin tərifinə və Qarabağa həsr elədi. Yasamal ərazisində evləri söküləcək adamları da unutmadı:

- İlham Əliyev deyir ki, sizlərə ədalətli kompensasiya verilsin, amma heç kəs buna məhəl qoymur.

Hakimiyyətin sosial-məişət problemləri belə həll etmədiyini deyən Nüşabə Sadıxlı isə Yasamaldakı həyət evlərindən üfunət iyi gəldiyindən, nisyə dəftərlərindən danışdı, dedi:

- Kimlərsə sizin zibil qablarınızı atdırır, mən sizin zibil qabınızı daşıtdırmayacam, sizi zibildən çıxaracam.
Kimlərsə sizin zibil qablarınızı atdırır, mən sizin zibil qabınızı daşıtdırmayacam, sizi zibildən çıxaracam.


"MƏHLƏ UŞAĞI"NA SƏS VERİN

Bəxtiyar Hacıyev
çıxışlarında əsasən Ülvi Quliyevdən onun əvvəl seçildiyi Nəsimi rayon seçiciləri üçün nə iş gördüyünə cavab istədi. Ülvi Quliyev isə axıra qədər onun suallarına konkret cavablar vermədi.

Mehriban Abdullayeva çıxışı boyu “məhəllə üşağı” olmasını əsas gətirib seçicilərdən səs istədi.

Namizədlərin tez-tez danışmadan vaxtını saxlaması isə aparıcını özündən çıxardı, o iki dəfə namizədləri sonrakı seçki dairəsindən olan namizədlərin də vaxtına hörmət etməyə çağırdı.

Birinci debatdan sonra 4 seçki dairəsinin namizədləri efir marafonuna qoşulsalar da, öz çıxışlarını daha çox indiki hakimiyyətin tərifinə həsr elədilər.

QUŞUN BİR QANADI "QURUCU İLHAM", DİGƏRİ "HEYDƏR ƏLİYEV FONDU"

Məsələn, Gəncənin 37 saylı 1-ci Nizami Seçki Dairəsindən Çingiz Sadıq dedi ki, “Qurucu İlham” və Heydər Əiyev Fondu “bu qoşa qənəd” hələ çox iş görəcək.

Aydın Abbasov yerdə qalan 15 saniyəsindən belə istifadə etdi:

- 7 noyabrda gəlin, “layiqli namizəd”ə səs verin.

Bir neçə dəqiqədən sonra aparıcı onun daha 6 saniyəsi qaldığını xatırlatdı:

- Seçkilərə qatılın, səs verin, seçin.

Az sonra onun daha 2 saniyə qaldığı deyilir:

- Səs verin, xahiş edirəm.

RADİKAL MÜXALİFƏTƏ SON QOYMAQ VƏDİ

49 saylı Yevlax-Mingəçevir seçki dairəsində hamı bir ağızdan eyni mahnını oxusa da, bir-birlərinə “opponentim” deyə müraciət edirdi. Çıxışa birinci başlayan Əli Hüseynov Azərbaycanda bütün sahələrin inkişaf etdiyini, yalnız bir sahənin – müxalifətin gerilədiyini, zəiflədiyini və parlamentdı “radikal müxalifət”ə son qoyacaqlarını söylədi.

1990-cı illərdə deputat olduğunu deyən Əmrah Mustafayev Heydər Əliyevlə bağlı bir epizodu xatırladı:

- Heydər Əliyev foyedə dururdu. Heç kim ona salam vermirdi, mən gedib onunla görüşürdüm, dərdləşirdim. Mənə çox sözlər deyirdi, mən də ona cavab verirdim. İcra başçısı Azay gəlmişdi mənim yanıma, indi Bərdə qəzetində redaktorudur, o bilir mən nəyə işarə edirəm.

67 saylı Cəlilabad seçki dairəsində isə sanki namizədlər 4 dəqiqənin nə vaxt bitəcəyini gözləyirdilər. Amma heç bu 4 dəqiqəni də axıra kimi danışmağa hövsələsi çatmayanlar oldu. Bir-neçəsi qalan yarım dəqiqəyə yaxın çıxış imkanından istifadə etmədi, “fikrimi bildirmişəm” deməklə kifayətləndilər.
XS
SM
MD
LG