Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Saxta Seçkilər Muzeyi


Seçkilər yaxınlaşdıqca bloqlarda seçki müzakirələri qızışır. Bloqçular namizədlərin çıxışlarını da çək-çevir etməkdən çəkinmirlər. Bu da bəziləri:

Deffektiv
yazır: «Biri 4 dəqiqə vaxta danışmağa söz tapmır, çıxışında altı dəfə «prezident İlham Əliyev» sözü varsa, bunu belə demir, bütöv deyir: “ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyeva»,
Biri SSRİ deputatlar sovetinə seçilmək istəmiş namizədlərin çıxışlarını hansısa kitabxanadan tapıb əzbərləyib, dərs danışan Gülbala kimi gah hıqqana-hıqqana, gah süd-əzbər deyir.. biri çıxışının əvvəlində orta məktəbi, universiteti qızıl medalla qurtardığını deyir; o məktəblər, universitetlər ki, dabbaqda gönünə bələdik…».

Emiqala namizədlərin İctimai Televiziyada yayımlanan çıxışlarından bir rolik düzəldib. «seçkilərdən seçmələr silsiləsindən» olan roliki bloqdan izləmək olar.

Vəfa Cəfərova bu dəfə deputatlığa namizədlər haqqında öz fikrini yazıb:

«Deputatxanaya namizədlərin çıxışlarını yəqin ki, izləyirsiniz son günlər. TV – dən izləyə bilməyənlərdə Həbib vasitəsi ilə bu tragikomediyaya baxır. Nə demək olar bu haqda? Mənasız çıxışlar, qarşılıqlı ittihamlar (bəzi insanları çıxmaq şərti ilə), fantastik vədlər, nitq qüsurları, yaltaqlıq. bu siyahını çox uzatmaq olar. Onların görünüşü isə ayrı dərddir!

Siyasət bir mədəniyyətdir. Deputatlıq iddiasında olan adam hər şeyə diqqət verməlidir. Oturuşuna, mimikalarına, bədən dilinə, geyiminə...»

SSM - Saxta Seçkilər Muzeyi


Namizədliyini irəli sürmüş, ancaq qeydə alınmayan bloqçulardan Natiq Cəfərli yazır:

«Seçkilərlə, verdiyim şikayətlə bağlı son 5—6 gündə, bir neçə dəfə MSK-da, yeni binada oldum. Əla binadır, yaxşı da tikiblər, içi də yaxşıdır. İnşa Allah, ölkədə demokratik cümhuriyyət qurduqdan sonra, o binada SSM (Saxta Seçkilər Muzeyi) yaradacağıq. Bu muzey mütləq lazımdır ki, gələcək nəsillər belə işlərə bulaşmasınlar».

Türkiyədə Azərbaycan bayrağı


Turxan yazdığına görə, İstanbulda Heydər Əliyev adına küçədə yerləşən Heydər Əliyev parkında Azərbaycan bayrağı tərsinə asılıb:

«İki ölkə arasında yenidən problem yaşanmasını heç istəməzdim! Amma bayrağın əyri asılmasına kimsə cavab verməlidir!» deyə bloqçu yazıb.

***

Qubaxəbər Qubanın Xınalıq kəndində bədbəxt hadisə baş verdiyindən, 8 uşaq atasının qayadan yıxılaraq öldüyündən yazır :

«Kənd sakini 53 yaşlı Hakim Əhmədov Tufandağda təxminən 150 metrlik sıldırım qayadan yıxılaraq ölüb. Quba rayon prokurorluğundan verilən məlumata görə, o, dağa azyaşlı qızı ilə dağ çiçəyi yığmağa gedibmiş».

Twitter-də Prezident təbriki nə qədər maraqlıdır


Antonio yazır ki, bu günlərdə Rusiya mətbuatında «maraqlı hadisə» baş verib. «Maraqlı hadisə» isə Rusiya perzidentinin «Twitter» mikroblogunda gənc qızı təbrik etməsi olub.

«Dmitri Anatolyeviç, bu gün mənim ad günümdür, məni təbrik edin. Mən Yulyayam)))» Cavab özünü çox gözlətməyib. Bir neçə saatdan sonra prezident yazıb: «Yulya, səni təbrik edir, xoşbəxtlik arzulayıram)))».

«Medvedyev məni twitterdə təbrik elədi. Günün belə başlayacağını heç gözləmirdim...»

Yazını oxuyanda gülümsədim. Perzidentin təbrikinə sevindi. Sözün açığı elə böyük bir hadisə deyil. Avtoritar rejimdə bu hadisənin baş verməsi sevindiricidir. Amma təbriki prezident yox, dünyaca məhşur, tarixdə iz buraxmış insanlardan biri, məsələn, Washington, Maykl Cekson, Lütfi Zadə və s. təbrik eləsəydi onda daha maraqlı olardı».
XS
SM
MD
LG