Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:37

37-ci il qəzetlərinin saralmış səhifələrində...


“Kommunist” qəzetinin 1937-ci il 23 fevral sayında Abbas Rəcəbli isimli müxbirin leytenant Cavanşir haqqında məqaləsi yer alır.

“Leytenant Cavanşir neftçi atası Əmirəlinin acı və qəmli həyatını heç bir zaman unutmayacaqdır. Bu qoca çarizm zamanı və müsavat hökmranlığı zamanı nələr görməmişdir? O zaman işçilərin ağız burnunu əzişdirmək adi bir şey idi.
Odur ki, Bakı rayonunun Balaxanı kəndindən nəsil-bənəsli neftçi olan Cavanşir Əmirov müsavat zamanı yoxsulların üzü gülmədiyi, ancaq sovet hakimiyyəti zamanı Əmirəli kimi minlərcə əməkçilər parlaq həyat qura bildikləri haqqında atasının sözlərini tez-tez xatırlayır. Bu gözəl həyatı, Lenin və Stalinin hədiyyəsini bizə Azərbaycanın xilaskarı əziz Serqo gətirmişdir.

“Cavanşir! Biz səninlə fəxr edirik”

Cavanşir də əməkçi xalqa xidmət etmək üçün orduya getmişdir. O, mədəni tərk etmiş hərbi topçuluq məktəbini böyük həvəslə qurtarıb sonra ordu hissəsinə göndərilmişdir.

Cavanşir 1934-cü ildən bəri topçu alayındadır. Bu uzun boylu mübariz komandiri alayda tanımayan adam yoxdur. Onu yalnız bir komandir kimi deyil həmçinin bir propaqandist, agitator və oxucu kimi tanıyırlar.

Bu komandir indiyədək yüzlərcə döyüşçülərə hərbi iş texnikasını, topçuluğu öyrətmişdir. Bu adamların bəziləri idi onun özü kimi komandir olmuşlar.

“Sovet xalqının müdafiə ediləsi şeyləri, adamları var”

Keçən il lagerdə alay manevrlərində diviziya komandiri Vəzirov yoldaşın başçılığı ilə bütün naçalnik heyətinin qarşısında N alayı batareyasının leytenantı Əmirov Cavanşirin hissəsi birincilik qazanmışdı. Əmirovun hissəsi tanklara on mümkün vuruşdan onunu da vurmuşdur. Naçalnik heyətindən birisi ona xitabla demişdi:

- Cavanşir! Biz səninlə, sənin hissənlə fəxr edirik.

Komandir Cavanşirin hərbi xidmətdə keçirdiyi qısa həyatında belə parlaq misallar çoxdur. Çünki o, nə üçün və kimin üçün mübarizə etdiyini gözəl bilir; o bilir ki, “sovet xalqının müdafiə ediləsi şeyləri, müdafiə ediləcək adamları və müdafiə etmək üçün silahı vardır”.
XS
SM
MD
LG