Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:30

Məhəmməd Peyğəmbərin arvadını ittiham edənlərlə bağlı fətva verildi


Mədinədə Məhəmməd Peyğəmbər məscidi
Mədinədə Məhəmməd Peyğəmbər məscidi
Səudiyyə Ərəbistanının Ali dini-inzibati qurumu olan Üləmalar Şurası Məhəmməd Peyğəmbərin arvadı Aişəni müdafiə edən fətva- sərt bəyanat verib. Bəyanatda deyilir ki, Küveytdən olan bəzi təxribatçı dindarların Aişəyə yönələn ittihamları böhtan və təhqirdən başqa bir şey deyil, və Alahın elçisinin yaxınlarını təhqi etmək ağır cinayətdir.

Küveytdən olan şiə fəalı Yaser əl-Habib mühacirədə olduğu Londonda, Aişənin ölüm günü keçirilən mərasimdəkı çıxışı zamanı peyğəmbərin arvadını müsəlmanların şiə və sünnilərə parçalanmasına səbəb olmaqda ittiham eləmişdi.

Bu açıqlamalardan sonra Küveyt hökuməti toqquşmalardan ehtiyat etdiyi üçün, ölkədəki əhalinin əksəriyyətini təşkil edən sünnilərin etirazlar keçirməsini qadağan eləmişdi. Amma hökumət əl-Həbibin vətəndaşlığını da ləğv edib.

Yaser əl-Həbib 2004-cü ildə Küveytdən qaçmışdı. İslamın ilk iki xəlifəsini təhqid edən çıxışlara görə uzunmüddətli həbs cəzası almaqdan qurtulmaq üçün.
Bəzi regional ekspertlər Küveytli mühacirin indi bu cür açıqlamlarla yenidən gündəmə gəlməsini qonşu İranın Körfəzdə dini qarşıdurma yaradıb, aranı qarışdırmaq planları ilə izah edir. Ancaq İranın Ali Ruhani lideri Ayətullah Əli Xameneyi Ayişə və sünni müsəlmanları üçün müqəddəs olan digər şəxsiyyətlər əleyhinə danışmağı qadağan edən fətva verib.
XS
SM
MD
LG