Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:46

Ermənilər Qarabağın işğalını “hərbi turizm” adlandırırlar


Thomas de Waal
Thomas de Waal
Ermənilər Dağlıq Qarabağ ətrafındakı rayonları tutmalarını “hərbi turizm” adlandırırlar.

Bunu özünün “Qafqaz” adlı yeni kitabında Britaniyalı jurnalist Tomas de Vaal yazır.

“Bu, daha çox əhalinin irəliləyən düşməndən qaçması idi, nəinki insanların öz torpaqlarından sistematik olaraq çıxarılması. İtkilər az idi. Erməni hərbçiləri şəhər və kəndləri demək olar ki, döyüşsüz alırdılar. Daha sonra hərbçilər həmin ərazilərdə soyğunçuluq törətdilər”.

Tomas de Vaal yazır ki, 1993-cü ildə prezident Elçibəyin hakimiyyəti əldən verməsi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi arasındakı qarmaqarışıqlıq dövründə Azərbaycan böyük ərazilər itirdi.

“Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı rayonları boşaldıldı. Dinc əhali ordan öz liderlərinin kim olduğunu anlamayan əsgərlərdən sonra çıxırdı”.

Britaniyalı jurnalist yazır ki, həmin ərazilərdən 350 min insan çıxmalı oldu və məcburi köçkün axını çadır şəhərciklərində yerləşdirildi.

“Bu, 2-ci dünya müharibəsindən bəri ən böyük məcburi köçkün axını idi... “1 milyon qaçqın və məcburi köçkün” haqda rəsmi bəyanatlar şişirtmə olsa da, Qarabağ və Ermənistandan olan azərbaycanlı qaçqın və məcburi köçkünlərin ümumi sayı təxminən 750 min nəfərdir.

Bu, kiçik bir ölkə üçün çox böyük rəqəmdir, əhalinin təxminən 10 nəfərdən biri deməkdir”.

Tomas de Vaal yazır ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra Xalq Cəbhəsinə sadiq olan 33 batalyonu ləğv etdi və bir çox komandirləri həbs etdi. Bu onun hakimiyyətinə təhlükəni aradan qaldırsa da, yeni ordu qurmaq işini çətinləşdirdi.

Britaniyalı jurnalist yazır ki, iki ay ərzində Heydər Əliyev ermənilərlə dialoq qurdu, o cümlədən Qarabağ ermənilərinin lideri Koçaryanla gizli danışıqlar apardı.

Amma bununla yanaşı ölkə əhalisini müharibəyə hazırladı. Danışıqlar dalana dirənəndə Əliyev hücum əmri verdi.

“O vaxtkı Ermənistan prezidenti Levon Ter-Petrosyanın sözləri ilə desək, “əsl müharibə 1993-cü il dekabrın 17-də başladı və 1994-cü il mayın 14-də başa çatdı. Bu elə bir müharibə idi ki, hər iki tərəfin real orduları var idi”.

De Vaal yazır ki, 1994-cü ilin dekabrı və fevralı arasında hərbi itkilər kəskin artdı.

Azərbaycanlılar 4 min, ermənilərsə 2 min nəfər itki verdi. 1994-cü ilin yazına qədər hər iki ordu əldən düşdü və Əliyev gördü ki, müəyyən kiçik ərazilərin ələ keçirilməsini çıxmaq şərtilə onun strategiyası uğursuzluğa düqçar oldu".

Bundan sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs sazişi imzalandı.

“Qafqaz” kitabında Tomas de Vaal Xocalı faciəsindən də yazır.

“Azərbaycanlilar Stepanakertə “Qrad” mərmiləri atarkən dinc əhali soyuq zirzəmilərdə gizlənməyə məcbur olurdu.

Bu, zərbələr şəhərdə böyük itkilərə səbəb olurdu. Ermənilər də Şuşanı atəşə tuturdular, amma bunun elə bir effekti olmurdu. Stepanakertin təcrid edilməsinə son qoymaq üçün ermənilər Xocalı yaxınlığında aeroportu tutmağı strategiyası hazırladılar”.

Britaniyalı jurnalist qeyd edir ki, erməni hərbçiləri 3 min nəfər dinc sakinin yaşadığı və yüngül silahları olan 160 yaraqlının qoruduğu şəhərə hücum etdilər.

Onlar açıq qalan bir yol ilə şəhərdən qaçmağa başlasalar da, Naxçıvanik kəndi yaxınlığında onları erməni artileriyası qarşıladı.

Şəhərdən qaçan insanlar, o cümlədən qadın və uşaqların yolu kəsildi.

"Azərbaycan parlamentinin təhqiqat komissiyası 485 nəfərin öldürüldüyünü bəyan etdi. Bura soyuqdan meşələrdə ölənlər və cavab atəşi açan əsgərlər də daxil olsa da, baş verən hadisə Qarabağ müharibəsinin ən qanlı qətliamı sayılır".

Amma Britaniyalı jurnalist iddia edir ki, Xocalı qətliamı - müharibədə "növbəti qəddarlıqlara" yol açdı. “Azərbaycanlılar da kiçik qətliam törətdilər. Apreldə Marağa kəndində. Sonradan orada 43 erməni kəndlisinin meyiti tapılıb torpağa tapşırıldı”.

Həmçinin oxu
Ziya Bünyadovla Zori Balayanı eyniləşdirdi
XS
SM
MD
LG