Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:44

Naxçıvanda daha bir müşahidəçi işdən çıxarıldı


Naxçıvan sakini Zakir Əsgərov AzadlıqRadiosuna bildirib ki, Şərur rayon rabitə idarəsindən işdən çıxarılıb. O, həmin idarədə poçtalyon işləyirmiş.

Zakir Əsgərov bunu 7 noyabr parlament seçkilərinə müstəqil müşahidəçi kimi qatılmasıyla izah edir.

O deyir ki, seçki günü müşahidəçi kimi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəziylə əməkdaşlıq edib.

Müşahidələrini də 2 saylı Şərur Dairə Seçki Komissiyasının 6 saylı məntəqəsində aparıb. Zakir Əsgərov bildirir ki, adıçəkilən idarənin müdiri Ərəstun Hüseynov seçki günü ona zəng edib və ondan məntəqəni tərk etməyi tələb edib:

“DEDİ ORADA NƏ HOQQABAZLIQ ELƏYİRSƏN”

Zakir Əsgərov
“Seçki günü müdir mənə zəng elədi, dedim məntəqədəyəm. Dedi, orada nə hoqqabazlıq eləyirsən, dedim müşahidəçiyəm. Dedi ki, təcili işə gəl, yoxsa səni işdən çıxararm. Noyabrın 29-u Ərəstun Hüseynov məni yenə yanına çağırdı. Dedi, ərizəni yaz, işdən çıx. Yoxsa, “trudovoy”unu ləkələyib işdən çıxaracağam. Onu da dedi ki, işdən çıxarılmağın seçkiyə görədi. Dedim, göstərişi kim verib, dedi sənə dəxli yoxdu” .

Məsələyə münasibət bildirən Şərur rayon rabitə idarəsinin müdiri Ərəstun Hüseynov da Zakir Əsgərovun işdən çıxarılmasını təsdiq etdi:

“Zakir Əsgərov işdə yol verdiyi səhlənkarlığa görə işdən çıxarılıb. Bunu seçkiylə bağlamaq böhtandır”.

Bundan əvvəl isə Naxçıvanda müstəqil müşühidəçi Ceyhun Əliyevin atası və qardaşı işlədiklləri orta məktəbdən işdən çıxarılmışdılar. Naxçıvanın Bakıdakı Nümayəndəliyindən isə bunu seçki ilə bağlamağı düzgün saymamışdılar.
XS
SM
MD
LG