Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:01

«Wikileaks»i yaradan Assanc kimdir?


Culian Assanc
Culian Assanc
«PREZİDENT HƏKİMƏ GEDİRMİ?»

Astanada ATƏT-in sammitində olan Amerikanın Dövlət katibi Hillari Klinton Wikileaksin diplomatik məktubları açmasını «məsuliyyətsizlik» adlandırıb.

Açıqlanan sənədlər Klintonun özünü də pis vəziyyətdə qoyub. Məsələn, Argentina haqda sənədlərdə deyilir ki, Hillari Klinton bu ölkədəki Amerika səfirliyinə göstəriş verib ki, öyrənsinlər-görsünlər, Argentina prezidenti Kristina Fernandezin ağlı başındadır yoxsa yox. Klinton diplomatlardan xahiş edib ki, prezidentin həkimə gedib-getməməsini araşdırsınlar.

İNTERPOL: «QIRMIZI XƏBƏRDARLIQ»

Interpol Wikileaksin rəhbəri Culian Assanca «qırmızı xəbərdarlıq» verib. Xəbərdarlıq İsveç prokurorluğun açdığı cinayət işi əsasında verilib. Assanc zorlamada və ümumiyyətlə seksual cinayətlərdə ittiham olunur. Ancaq İnterpol izah edib ki, qırmızı xəbərdarlıq hələ həbs sanksiyası deyil. Bununla belə, Assancın getdiyi hər bir ölkə bu xəbərdarlıq əsasında onu həbs edə bilər.

Hazırda Assancın yeri bilinmir. Ancaq o özünə qarşı ittihamları «çirkli fəndlər» adlandırır.

3 EKSPERT

Wikileaks dünyanın müxtəlif yerlərindəki Amerika səsfirliklərinin və diplomatik mənbələrinin Vaşinqtona yazdıqları 250 min sənədi açıqlamağa başlayanda Ekvadorun xarici işlər nazirinin müavini 39 yaşlı Assanca sığınacaq üçün dəvət verildiyini elan etmişdi. Ancaq Ekvador prezidenti Korrea tələsik elan etdi ki, Assanc Amerika qanunlarını pozub. Ona görə Assancı qəbul edə bilməzlər.

Ancaq Reuters agentliyi Amerikanın kəşfiyyat və təhlükəsizlik qanunları üzrə üç ekspertlə söhbət edib, onların hamısı deyir ki, Amerikanın Assancı məsuliyyətə cəlb etməsi çətin olacaq. Çünki qanunun tələbinə görə, Assancın xarici ölkənin təmsilçiləri ilə görüşməsinin, onlara dövlət sirrini verməsinin və ya vermək istəməsinin sübutları olmalıdır, belə sübutlar yoxdur. Assancın sənədləri açıq mətbuatda dərc etdirməsi xarici ölkəyə casusluq hesab olunmur.

Kəşfiyyatla bağlı işlərdə vəkil olan Mark Zaid deyir ki, Amerika hökuməti Assancı Amerikada tutub, məhkəmə qura bilməyəcək.

Bu ilin əvvəlində kəşfiyyat təhlilçisi Bredli Manninqin tutulması isə başqa əhvalatdır. Dövlət Departamentinin 150 min sənədinin üzünü köçürən Manninq hərbçi idi və Amerika hökumətinə işləyirdi. Assancın isə Amerika hökuməti qarşısında öhdəlikləri yoxdur.

Ancaq Assancı qanunları imkan verən başqa ölkədə də tuta bilərlər.

KOMPÜTER DAHİSİ?

Assanc 1971-ci ildə Avstraliyada anadan olub. Uşaqlıqda riyazi talantı ilə seçilirdi. Ancaq bu ona həm də çətinliklər yaradıb. 24 yaşında kompüter quldurluğuna görə məhkəməyə çıxarılıb, bir neçə min dollar cərimə ilə həbsxanadan qurtula bilib.

Sonra 3 il Akademiyaların üzvü olan Suelette Dreyfusla internet araşdırmaları aparıb, onların bestsellerə çevrilən birgə kitabı da çıxıb.
Dreyfus deyir ki, Assancı həmişə mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilməz sualları maraqlandırırdı.

Assanc daha sonra Melburn Universitetində riyaziyyatdan və fizikadan kurslar aparıb. Yerli riyazi cəmiyyətin sevimlisi olub.

Assanc Wikileaksə 2006-cı ildə başlayıb. O, müxtəlif ölkələrin məxfi hökumət sənədlərini çap edirdi.

Həmtəsisçi Daniel Şmidt deyir: «Assanc dünyada həqiqi islahat etmək istəyən çox az adamdan biridir».

New Yorker jurnalının reportyoru Raffi Xatçaduryan bir neçə həftə Assancı müşayət edib. O deyir ki, Assanc yemədən, çox az yatmaqla uzun müddət işləyə bilir. Assancın öz ətrafında yaratdığı bu işgüzar atmosfer hamını ona kömək etməyə sövq edir.

Reportyorun fikrincə, Assancın iki üstünlüyü var- xarizma və ətrafında yaratdığı bu mühit.
XS
SM
MD
LG