Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:26

«Yeni iş yerlərinin statistikası siyasi təbliğatda ən geniş istifadə edilən alətlərdən biridir»


Rövşən Ağayev
“Yeni iş yerlərinin statistikası hökumətin son illər siyasi təbliğatda ən geniş istifadə etdiyi alətlərdən biridir”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında iqtisadçı-ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, tez-tez hökumət qurumlarının rəhbərlərinin dilindən səslənən bəyanatlarda yeni iş yerlərinin açılması ilə bağlı göstərilən statistika sovet dövründən qalma, şişirdilmiş statistikaya bənzəyir. İqtisadçı deyir ki, onun əlində olan faktlar həmin statistikanın doğru olmadığını göstərir:

AZƏRBAYCANDA BELƏ İŞ YERLƏRİNİN STATİSTİKASI NƏ QƏDƏRDİR?

“Yeni iş yerləri nə qədər davamlıdır? Ləyaqətli əməkhaqqı deyilən bir anlayış var. Bu o deməkdir ki, insan nə dərəcədə onu maddi-mənəvi cəhətdən təmin edəcək və dayanıqlı əməkhaqqı ilə təmin olunur? Azərbaycanda belə iş yerlərinin statistikası nə qədərdir? Əgər yeni iş yerləri açılırsa, bu, ən azından iki statistikada öz əksini tapmalıdır. İnsanlar büdcəyə gəlir vergisi, məcburi sığorta haqqları ödəyirlər. 2007-ci illə müqayisədə isə 2009-cu ildə gəlir vergisinin məbləği 20 faizə qədər azalıb”.

Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə opponentinin dedikləri ilə razılaşmır.

O bildirir ki, neqativləri önə çəkib, pozitivlərə kənara qoymaq lazım deyil.

Hadı Rəcəbli
Azərbaycanda yeni iş yerləri açılır və bundan sonra da açılacaq. Ancaq deputat bəzən təəssüfləndirici faktlara rast gəldiyini də bildirir:

QEYDƏ ALINMAYAN İŞ YERLƏRİ VAR


“Bir həqiqət də var ki, bu gün bizdə qeydə alınmayan iş yerləri də var. Elə qrup insanlar var ki, onlar statistikaya hələ düşməyiblər. O məsələlər də ortadadır. Faktiki vəziyyət ondan ibarətdir ki, son 7 ildə Azərbaycanda kasıblıq həddi 7 dəfə azalıb. Bu da statistikadır. Bu da ortada olan rəqəmdir”.

Deputat deyir ki, ölkədə işsizlərin olması fikri ilə də razılaşır:

“Bu gün bizdə diplom gəzdirib iş axtaranlar var. Peşəsini dəyişmək istəməyənlər var. Amma Azərbaycanda xeyli iş yerləri var ki, ora adamlar axtarılır. Bu gün əmək yarmarkalarından xəbər tutmaq lazımdır”.

Hadı Rəcəbli son 7 ildə 900 min yeni iş yerinin açılması barədə deyilənlərə də münasibət bildirib:

- Bu 900 min iş yerindən müvəqqəti olanlar da var, daimi olanlar da. Əgər belə bir təhlil aparılsa, onda görünər ki, bu 900 min rəqəminin müvəqqəti və daimi iş yerləri tərəfi var.

HÖKUMƏT ONU ELAN ETMƏSİN


Rövşən Ağayev:

- Hökumət onu elan etməsin də. Hökumət onu siyasi təbliğat vasitəsi kimi elan edir.

Hadı Rəcəbli:

- Yox, biz deyirik ki, daimi və müvəqqəti iş yerləri. Bu il əlbəttə yay mövsümündə müvəqqəti iş yerləri yaradılır. Bizdə daimi iş yerləri də var.

XS
SM
MD
LG