Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:42

«Həyat yoldaşım müxalifətə səs verdiyi üçün məni işdən çıxartdılar»


İdarə müdiri bunu seçkiylə bağlamağı özünə qarşı böhtan sayır
İdarə müdiri bunu seçkiylə bağlamağı özünə qarşı böhtan sayır
Həyat yoldaşı seçkilərdə müxalifət namizədinə səs verdiyi üçün Şərur rayon sakini Zülfüqar Tağıyevi işdən çıxardıblar.

Bu barədə AzadlıqRadiosuna Şərur rayon Elektrik İdarəsində işıqçı vəzifəsində çalışmış Zülfüqar Tağıyevin özü məlumat verib. O hesab edir ki, həyat yoldaşı Gülüş Tağıyeva parlament seçkilərində iqtidar namizədinə səs versəydi, başlarına bu iş gəlməzdi:

«Dekabrın 1-i müdir məni çağırdı ki, ərizəni yaz, işdən çıx. Mənə yuxarıdan göstəriş verilib ki, ya sən bu idarədə işləməlisən, ya mən. Dedi ki, siz seçkini pozmusunuz. Seçkidə şuluq eləyibsiniz. Müdirə deyirəm, o nə sözdür, o nə seçkidir. Deyir ki, onu özünüz bilirsiz. Mən seçkini pozmuşamsa, gəlsinlər sübut eləsinlər. Mənim həyat yoldaşım deyib ki, öz səsimi həmkəndlim Səxavət həkimə verəcəyəm. Yəqin şuluqluq yoldaşımın Səxavət həkimə səs verməsidir».

Şərur rayon Elektrik İdarəsinin müdiri Tahir Gözəlov Zülfüqar Tağıyevin işdən çıxarılmasını təsdiq edib. Lakin idarə müdiri bunu seçkiylə bağlamağı özünə qarşı böhtan sayır. O, Zülfüqar Tağıyevin işdən çıxarılmasını işində buraxdığı səhlənkarlıqla əlaqələndirib.
XS
SM
MD
LG