Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:43

Zümrüd Yağmurun yeni romanı çap olundu


Yazıçı Zümrüd Yağmurun “Allah Qayıdır?!” adlanan yeni romanı çapdan çıxıb.

Əsərinin siyasi roman olduğunu deyən müəllifin sözlərinə görə, “onun qəhrəmanları mənəvi dəyərlərin məhv olduğu cəmiyyətdə öz mübarizəsindən belə ümidsizləşmiş redaksiya heyətidir. Onlar cəmiyyətdəki naqisliklərə qarşı mübarizə aparırlar”.

Yazıçı deyir ki, insanların real həyatda qarşılaşdığı ədalətsizliklər - siyasi-ictimai haqsızlıqların gah rəmzi olaraq, gah da tam gerçək halı ilə oxucuya təqdim oldunur.

“Əslində əsər fərdlərin yaşamı və düşücələri ilə təqdim olunsa da, mahiyyətdə bir toplumun tarixin hansısa dönəmində rastlaşdığı ədalətsizliyə qarşı laqeydliklə cavab verməsi nəticəsində əzilməsini, onu əzənin qarşısında sınmaqla insanilikdən və mənəvi dəyərlərdən uzaqlaşmasını günümüzün reallıqları ilə əks etdirib”.

Zümrüd Yağmur deyir ki, digər tərəfdən romanda hətta ən ümidsiz halında belə baş verən haqsızlıqlara qarşı mübarizə edən insanların təklənməsi, amma yenə də mübarizəyə davam etmələrinin bütün acıları təqdim olunub”.

Həmçnin oxu
Zümrüd Yağmur "Allah qayıdır?!" (Romandan parça)
Zümrüd Yağmurla yeni romanı haqda müsahibə
XS
SM
MD
LG