Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:38

Ölkəyə gətirilən buğda və un ƏDV-dən azad edildi


Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə xarici ölkələrdən Azərbaycana gətirilən buğda və un əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumata görə, kabinetin dekabrın 3-dən qüvvəyə minən qərarda bildirilir ki, qərarın qəbulu zamanı İqtisadi İnkişaf Nazirliyinin Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” 2005-ci il 31 yanvar tarixli qərarına əlavədə “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı»na edilən dəyişiliklərə əsasən, buğda və meslin, eləcə də buğda və buğda-çovdar unu ƏDV-dən azad olunan malların siyahısına əlavə edilib. Bu qərar 2011-ci il avqustun 1-dək qüvvədədir.
XS
SM
MD
LG