Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:23

Azərbaycan paytaxtında 216 000 məcburi köçkün yaşayır


Məcburi köçkünlər 262 yataqxanada məskunlaşıblar
Məcburi köçkünlər 262 yataqxanada məskunlaşıblar
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2011-ci ildən yataqxanalar, orta məktəblər, hərbi hissələrin ərazilərində məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə başlayacaq.

Komitənin Beynəlxalq Əlaqələr, İnformasiya, mətbuat xidmətin direktoru Sənan Hüseynov «APA»ya bildirib ki, ilk olaraq təhsil müəssisələrinin yataqxanalarında məskunlaşanlar köçürüləcək.

Ali təhsil müəssisələrindən isə öncə Bakı Dövlət Universitetinin yataqxanası boşaldılacaq. Köçürülmə ayrılmış maliyyə vəsaitinə uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. Həmin köçkünlər Masazır qəsəbəsində tikiləcək yeni yaşayış məntəqəsinə köçürüləcək. Gələn ildən artıq Masazırda çoxmərtəbəli binaların inşasına başlanacaq. Tikintini tenderin qalibi olacaq şirkət aparacaq.

Hazırda Bakı Dövlət Universitetinin yataqxanasında 7000-ə yaxın məcburi köçkün yaşayır. Ümumilikdə Bakıda isə 47 min ailə - 216 min məcburi köçkün məskunlaşıb. Məcburi köçkünlər 262 yataqxanada məskunlaşıblar ki, bu yataqxanalardan da 70-i Təhsil Nazirliyinə məxsusdur. Bu yataqxanalarda 8200 ailə yaşayır.
XS
SM
MD
LG