Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:22

Müxalifət tərəfdarlarını Oktyabr meydanına çağırır


Andrey Sannikov
Andrey Sannikov
RƏQİBLƏRƏ İNZİBATİ PROBLEMLƏR

Belaruslar dekabrın 19-u növbəti beş ildə ölkəni idarə edəcək prezidenti seçirlər. Bu dəfə də proseslərin 16 ildir hakimiyyətdə olan Aleksandr Lukaşenkonun daha beş il iqtidarda qalması ilə nəticələnəcəyi gözlənilir.

Dördüncü müddətə prezident kürsüsünü əlində saxlamağa çalışan Lukaşenkonun müxalifətdən olan doqquz rəqibi bir sıra inzibati problemlərlə üzləşib.

Müxalifətdən olan bir neçə namizəd səsvermə zamanı saxtakarlığa və qanun pozuntularına yol verildiyini bildirirlər. Onlar səsvermə başa çatdıqdan sonra tərəfdarlarını Minskdəki Oktyabr meydanında mitinqə çağırıblar.

Müxalif namizədlərdən biri də Andrey Sannikovdur. O, xarici işlər nazirinin keçmiş müavinidir, 1996-cı ildə Lukaşenkoya müxalifətə keçib.

NORMAL ÖLKƏDƏ SEÇKİLƏR İKİNCİ TURA GETMƏLİYDİ


Andrey Sannikov: “Aydındır ki, Seçki Komissiyası nəticələrin Lukaşenkonun xeyrinə olduğunu elan edəcək. İstənilən normal ölkədə bu qədər namizədlə seçkilər avtomatik olaraq ikinci tura getməliydi. Əgər onlar bizə desələr ki, Lukaşenko 50 faizdən artıq səslə qalib gəlib, ikinci tur olmayacaq, bu o deməkdir ki, nəticələr yalan və saxtadır. Biz buna qarşı çıxacağıq”.

Vladimir Neklyayev
Gözlənilir ki, “Qovori Pravdu” müxalifət hərəkatının rəhbəri, prezidentliyə namizəd Vladimir Neklyayev Lukaşenkodan sonra ikinci olacaq.

Neklyayev dekabrın 18-i deyib ki, saxta seçkilərə qarşı mübarizənin yeganə yolu səsvermədən sonra Oktyabr meydanındakı mitinqə qatılmaqdır.

PREZİDENTLİYƏ NAMİZƏD SEÇKİYƏ GETMƏYİB

Prezidentliyə digər bir namizəd Mixail Statkiyeviç isə AzadlıqRadiosuna deyib ki, səsverməyə qatılmayıb, çünki seçkilərə hazırlıq azad və ədalətli keçməyib:

“Liberallaşmaya, ikinci turun keçiriləcəyinə ümid edənlər düşünürəm ki, böyük səhvə yol veriblər. Onları demokratikləşməyə məcbur etməkdən başqa seçimimiz yoxdur. Bunun üçün bircə vasitə var - Meydan”.

QARLAMIŞ VƏ DONMUŞ KÜÇƏLƏR MÜXALİFƏTƏ MANE OLA BİLƏR

Ancaq Belarusdakı şərhçilər deyirlər ki, Minskin qarlamış və donmuş küçələrində siyasi ehtiraslar qısa ömürlü ola bilər – hava Oktyabr meydanında yetərincə mitinqçilərin toplanmasına, hakimiyyətə təzyiq göstərmələrinə imkan verməyə bilər.

AVROPA BİRLİYİ GÖZLƏYİR

Aleksandr Lukaşenko
Lukaşenkonun avtoritar mövqeyini zəiflətməyə çalışan Avropa Birliyi isə götür-qoydadır. Səsvermənin azacıq ədalətli keçdiyi görüntüsü olarsa, Birlik Belarusa maliyyə yardımı göstərib-göstərməyəcəyini fikirləşəcək.

Brüssel bütün ölkəboyu monitoriq aparan ATƏT-in seçkilərlə bağlı dekabrın 20-i yayacağı hesabatdan sonra öz mövqeyini bildirməlidir.

ATƏT monitorinqinin nəticələri, Lukaşenkonun qələbəsinin miqyası və müxalifət etirazlarının gücü Avropa Birliyinin Belarusla nə qədər uzağa getmək haqda qərar verməsini müəyyənləşdirəcək.

ƏSAS PROBLEM ARADAN QALDIRILIB

Bu arada Lukaşenko əsas himayəçisi Rusiya ilə münasibətlərini qaydaya salıb. Bu münasibətlər son illər korlanmışdı. Amma ötən həftə Rusiyanın Belarusa neft ixracından olan borcları azaltması və gələn il üçün təbii qazın qiymətinin dəyişilməz qalması ilə bağlı razılaşma problemləri yoluna qoyub.

/Sayta hazırladı: Şahnaz Bəylərqızı/
XS
SM
MD
LG