Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:51

Avropa Birliyinin «qonşuluq» hekayəti çətin dövrünü yaşayır


Avropa Birliyi genişlənməyə tələsmir
Avropa Birliyi genişlənməyə tələsmir
«Avropa Birliyinin (AB) «qonşuluq» adlandırdığı uğur hekayətləri çətin dövrünü yaşayır. Avropa Birliyi əvvəlcə Gürcüstan, daha sonra Ukrayna, son zamanlar isə Moldovaya böyük ümidlər bəsləyib. Ancaq hər 3 ölkədə də ümidləri puça çıxıb».

Andrew Wilson «Eurasianet» saytında belə yazır. Müəllif xatırladır ki, Avropa Birliyi 2004-cü ildən Avropa Qonşuluq Siyasəti, 2009-cu ildən isə Şərq Tərəfdaşlığı layihəsini həyata keçirir. Hazırda isə qurum may ayında Macarıstanın sədrliyi ilə ikinci böyük sammitə kimi bu layihələri nəzərdən keçirir.

Wilson yazır ki, bununla belə Fransa ukraynalılar üçün viza sadələşməsi tələbini həyata keçirməyə tələsməyib və AB vasitəçiləri Viktor Yanukoviçin hakimiyyətə gəlişindən sonra Azad Ticarət Razılaşmasında heç bir irəliləyiş olmamasından məyus olublar. Bu geriləməyə görə urkaynalı oliqarxlar günahlandırılır.

Problemlərdən biri Avropa Birliyinin regionda genişlənməyə marağının azlığı, digər tərəfdən isə Şərqi Avropa ölkələrinin özləridir.

SOVET ELİTASI VƏ SİYASİ MƏDƏNİYYƏT DƏYİŞMƏZ QALIB

Birincisi, 1991-ci ildə müstəqilliklərini əldə edən bu yeni dövlətlərin suverenlikləri əvəllər tez-tez mübahisə predmeti olub və onlar zəif qalıblar. Onların müstəqilliyi Sovet İttifaqının dağılmasının nəticəsidir, bəzilərində inqilablar olsa da, çox halda Sovet elitası və siyasi mədəniyyəti dəyişməz qalıb. Korrupsiya geniş yayılıb, qanuni maraqlarla dövlətin zəbti normaya çevrilib, instutların effektivliyi və islahat potensialı
İnqilablar olsa da, çox halda Sovet elitası və siyasi mədəniyyəti dəyişməz qalıb
zəifdir.

İkincisi, onların iqtisadiyyatı zəifdir. Zəngin enerji ehtiyatı olan Azərbaycan istisna olmaqla zəif təbii resurlara malikdir, istehsalatı zəifdir, ancaq arqar sahəsi genişdir. Bu dövlətlər yeni dəyər yaratmaqdansa, Rusiyanın icarə ödənişlərindən asılıdır. Məsələn, Ukrayna qaz tranzitindən, Belarus isə neft emalından qazanır.

ONLARIN SƏRVƏTİ DAXİLİ SİYASƏTLƏ ƏLAQƏDAR DEYİL

Çoxları xammal satır. Belə görünür ki, regionun iki iqtisadiyyatı – Belarus və Azərbaycan ən uğurlularıdır. Hər ikisi də AB modelindən ən çox uzaq olanlardır. Onların sərvəti daxili siyasətlə əlaqədar deyil, Azərbaycanın halında bu sərvətin mənbəyi – karbohidrogen, Belarusda isə - Rusiyanın verdiyi subsidiyalardır.

Üçüncüsü, balans siyasətidir. Məsələn, Rusiya və Qərb arasında oyun balansı Ukrayna elitasına hakimiyyətdə qalmağa və inhisarçı iqtisadiyyatı qorumağa imkan verir.

Andrew Wilson qeyd edir ki, həqiqətən də yerli liderlər, müasir Titolar (Yuqoslaviyanin sonuncu lideri) nə Rusiya, nə də Avropa ilə birləşmək niyyətindədirlər. Həm Rusiya, həm də Avropa balans oyununa kifayət qədər resurs sərf edir ki, yerli liderlər rəqiblərinin qarşısını ala bilsin və özlərinin islahat çatışmazlığına haqq qazandırsın.

BƏZİLƏRİ BALANS OYUNUNU BƏYƏNİR

Moldovada etirazçılar parlament binasından Avropa Birliyinin bayrağını yellədirlər
Bəziləri həvəssiz olaraq balans oyununu davam etdirir. Moldovanın hazırkı hökuməti, Avropa İnteqrasiya Alyansı bəlkə daha çox Avropaya meyillənmiş olardı əgər Rusiyanın Qərbyönlü Gürcüstan və Ukraynaya rəftarını görməsəydi. Bəziləri isə balans oyununu bəyənir. Bu baxımdan Belarus prezidenti Aleksandr Lukaşenkonun son hərəkətləri buna nümunədir.

Andrew Wilson qeyd edir ki, Moldova kimi kiçik dövlətlərin quruluşunda dəyişiklik üçün persektivlər var. Məsələn, o hesab edir ki, Avropa Birliyi Ukraynanın»Finlandiyalaşdırılması» üzərində çalışa bilər. Birlik Ukrayanada demokratiyanı qorumaqla, onun iqtisadi və sosial quruluşunun transformasiyasına yardım edə bilər.

İkinci tərəfdən, Avropa Birliyi Gürcüstanin «sebiyalaşdırılması» strategiyasını da reallaşdıra bilər. Bu strategiyaya görə, Serbiya və Kosova kimi Gürcüstanı da separatçı regionlarını itirilməsi taleyi ilə barışmağa sövq edilə bilər, beləliklə də ölkənin daxili islahatlara diqqətinin cəmləşdirməsinə şərait yaradılar.

/Sayta hazırladı: Sevinc Hüseynzadə/
XS
SM
MD
LG