Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:30

«Oğuz-Qəbələ-Bakı» açıldı


“Oğuz-Qəbələ-Bakı”nın təməlqoyma mərasimi
“Oğuz-Qəbələ-Bakı”nın təməlqoyma mərasimi
Dekabrın 28-də Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimi keçirilib.Açılışda prezident İlham Əliyev də iştirak edib. O, Bakı şəhərini içməli su ilə təmin edən qurğunu işə salıb.

Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi 2007-ci il martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə keçirilib.

Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəql edəcək. Kəmər Bakının 5 rayonunu su ilə təmin edəcək. Bunlar Yasamal, Nəsimi, Nərimanov, Səbail rayonunun əsas hissəsi və Binəqədi rayonunun bir hissəsidir. Kəmərlə gələn suyun paytaxtda istifadə olunmayan hissəsi isə Ceyranbatan Su Anbarına ötürüləcək.

Layihə çərçivəsində sugötürücü qovşaqda və Bakı şəhərinin girişində su anbarları, xlorlama qurğuları, idarəetmə aparatı və laboratoriya üçün binalar, kamera, emalatxana, maşın-mexanizmlər üçün qaraj, su bölüşdürücü və digər qurğular tikilib.

Su kəmərinin tam nəzarətdə saxlanması, baş verə biləcək fövqəladə vəziyyətlərin aradan qaldırılmasına operativ müdaxilə etmək məqsədi ilə SCADA sistemi tətbiq edilib.

Dekabrın 7-də gecə saatlarında Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakının Yasamal rayonu ərazisindən keçən hissəsində aparılan sınaq zamanı yeni borudan su sızaraq, yaşayış evlərini basmışdı. /AzərTAc/
XS
SM
MD
LG