Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:45

Xodorkovski 13.5 il azadlıqdan məhrum edildi


Mixail Xodorkovski məhkəmədə 29 dekabr 2010
Mixail Xodorkovski məhkəmədə 29 dekabr 2010
Keçmiş YUKOS neft şirkətinin rəhbəri Mixail Xodorkovski 13.5 il müddətinə azadlıqdan məhrum edildi. Bu barədə Moskva məhkəməsi dekabrın 30-da elan edib. Hakim onu öz şirkətindən neft oğurluğunda ittiham edib.

Mixail Xodorkovski 2003-cü ildə vergidən yayınmaq, çirkli pulların yuyulması ittihamları ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi. Yaxınlarda onun cəza müddəti başa çatırdı. Hakimin bu gün elan etdiyi hökmlə birlikdə indi Xodorkovski 2017-ci ilə qədər həbsdə qalacaq.

İnsan haqları fəalları Xodorkovski haqqında ittihamların əsassız olduğunu, onun əslində o zaman prezident olan indiki baş nazir Vladimir Putinlə çəkişməyə görə tutulduğunu deyirlər.
XS
SM
MD
LG