Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:28

2010-cu il jurnalistlər üçün necə keçdi?


Jurnalistlərin həyatı üçün ən təhlükəli qitə Asiyadır
Jurnalistlərin həyatı üçün ən təhlükəli qitə Asiyadır
57 jurnalist öldürülüb.

51 jurnalist oğurlanıb.

533 jurnalist həbs edilib.

1374 jurnalistə hədə-qorxu gəlinib və ya psixi təzyiqə məruz qalıb.

504 media orqanı senzuraya məruz qalıb.

127 jurnalist ölkəsindən qaçıb.

ƏN TƏHLÜKƏLİ QİTƏ ASİYADIR

«Sərhədsiz Reportyorlar» Təşkilatının 2010-cu il Mətbuat Azadlığı hesabatında belə deyilir.

Ancaq təsəvvür edin ki, ötən illə müqayisədə bu çox yaxşıdır. Məsələn, öldürülən jurnalistlərin sayı 25 faiz azalıb. Öncəki il 76 jurnalist öldürülmüşdü. Üstəlik, müharibə zonalarında öldürülən jurnalistlərin də sayı azalıb. Jurnalistlərin həyatı üçün ən təhlükəli qitə Asiyadır. Ötən il burda 20, Amerikada 12, Afrikada 10 jurnalist öldürülüb.

2010-cu il jurnalistlər üçün başqa baxımdan pis tərəfdən yadda qalıb.

Oğurlanan jurnalistlərin sayı durmadan artmaqda davam edib. Artıq jurnalistlərin yazdıqlarına görə oğurlanması halına daha tez-tez baş vurulur, oğrulayanların tutulması və cəzalandırılması faktları isə azdır.

Qısası, artıq jurnalistlərin xüsusi neytrallıq, toxunulmazlıq statusuna hörmət edənlərin sayı azalıb.

ELƏ BİR YER YOXDUR Kİ. ORDA JURNALİSTİ OĞURLAMASINLAR

İraqda oğurlanıb öldürülən jurnalist Sardasht Osmanın xatirəsi yad edilir
2010-cu ildə dünyanın elə qitəsi olmayıb ki, jurnalist oğurlamasınlar. Asiya bu baxımdan da öndə gedir, jurnalist oğurluğu hallarının 22-si Asiyanın, 10-u Amerikanın, 8-i Afrikanın payına düşür. Amerika xüsusən də Meksika və Latın Amerikası ölkələrinin hesabına ötən il jurnalistlərə hücumların sayına görə Afrikanı qabaqlayıb.

«Sərhədsiz Reportyorlar»ın rəqəmlərinə əsasən, 2010-cu ildə jurnaistləri öldürmək, həbs etmək, fiziki təzyiqə məruz qoymaq və senzura etməkdənsə, oğurlamağa daha çox üstünlük veriblər desək, yanılmarıq.

2010-cu il həmçinin internet yazarlar və bloqqerlər üçün də təhlükəli olub. Məsələn, ötən il 152 bloqqer və internet yazarı həbs olunub, 52-si döyülüb. 62 ölkədə internetə senzura qoyulub.

MİSİRLİ JURNALİSTİ KİM ÖLDÜRDÜ?

«Sərhədsiz Reportyorlar» Təşkilatı deyir ki, onlar hələ də Misirli internet yazarı - Khaled Mohammed Saidin ölümünü araşdırmağa davam edir. 2010-cu ilin iyun ayında internet kafedən iki polis zabitinin apardığı gəncin sonradan küçədə meyidini tapmışdılar.

Misirdə çoxları inanır ki, onu polisin narkotik alverinə qarışmasıyla bağlı videonu internetə yerləşdirməsinə görə öldürüblər. Polis onun aşırı narkotik qəbul etdiyi üçün zəhərlənib öldüyünü bildirsə də, internetdə yayılan cəsədinin fotoları bu iddianı şübhə altına alır.

Ümumiyyətlə, 2010-cu ildə bloqqerlərin həbsi və internetə senzura qoyan ölkələrin sayı da bir il əvvələ görə artıb.

ÇIXIŞ YOLU - ÖLKƏDƏN QAÇMAQ

Bəzi ölklərdə təzyiqlər o qədər artıb ki, jurnalistlər çıxış yolunu ölkədən qaçmaqda görürlər.

2010-cu ildə 23 ölkədən 127 jurnalist xaricə üz tutub. Ən çox jurnalist qovan ölkələrin siyahısında İran liderlik edir. Ötən il 30 jurnalist İrandan, 15 jurnalist Somali və Eritreya regionundan, 18 jurnalist də Kubadan qaçıb.
XS
SM
MD
LG