Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:49

“İnsanların soyadları ilə bağlı kompleksləri var”


Mehriban Vəzir
Mehriban Vəzir
MƏSƏLƏ SƏRT ŞƏKİLDƏ HƏLL OLUNMALIDIR

“İnsanların soyadları ilə bağlı kompleksləri var”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında publisist Mehriban Vəzir deyib. O bildirib ki, insanlar milli mənafeyi nəzərə almalıdırlar:

“Kimsə desə ki, mən öz familiyamın sonluğunu atmaq istəmirəm, bunu çox təbii hesab edərəm. Bu, bizim vərdişlərimizdir və bir az çətindir. Burda artıq milli mənafe nəyi tələb edirsə, məsələ o cür həll olunmalıdır. Və bir az sərt həll olunmalıdır”.

M.Vəzir deyib ki, soyadlarla bağlı maarifləndirmə işləri çox az aparılır. Hökumət isə bunu ekspertlərə həvalə etməlidir:

“Vətəndaş ola bilər ki, məlumatsız olsun. Çünki bu sahədə çox az maarifləndirmə proqramlarımız olub ki, məsələn, bizdə soyadlar əsasən necə götürülürdü. Axırı –lı və ya başqa sonluq olurdumu. Bunu istər-istəməz ekspertlər, mütəxəssislər bilir. Onlar öz rəylərini qoymalıdır hökumətin qarşısına. Hökumət də tarixi, ənənəvi rəylərə əsasən qərar qəbul etməlidir”.

ZİYALILIQ İNSANLARLA QƏLBİN BİR VURMAĞIDIR

Başqa mövzulara da toxunan publisist ziyalı barədə də fikirlərini bölüşüb. O deyib ki, ziyalı barədə düşüncələri Sartrın fikri ilə üst-üstə düşür:

“Ziyalılıq bəşərilikdir, ziyalılıq insanlarla qəlbin bir vurmağıdır. Ziyalılıq vətənlə, millətlə, xalqla bir olmaqdır. İstəyir yüz kitabın, yüz kəşfin müəllifi olsun, əgər ürəyi xalqla bir vurmursa, o ziyalı deyil. O sadəcə rejissordur, müəllimdir, alimdir, yazıçıdır, rəssamdır və.s.”.

İDEOLOGİYA HAZIRLANMALI İDİ

Mehriban Vəzirin fikrincə, müstəqillik əldə olunduqdan sonra bayraqdakı simvollara uyğun bir ideologiya hazırlanmalı idi:

“Amma tamam əksinə baş verdi. Türkçülüyə bir cür, İslama başqa cür zərbə vuruldu. Demokratrikləşməyə isə ən ağır zərbə vuruldu”.

Publisistin fikrincə, vaxtında bu ideologiya yaransaydı, indi İslam ətrafında söz-söhbətlər də ortaya çıxmazdı:

“Azərbaycanda özünün İslam məktəbini yaratmaq lazım idi. Təəssüflər olsun ki, bu yaranmadı. Niyə magistr dərəcəsi yoxdur islamşünaslıq üzrə? Deməli, burda bir yasaq başlanır. Burda artıq bunu elm olaraq qəbul etmək istəmirlər. Və məhz idarəetmə bu istiqaməti xurafat şəklində saxladı. Yəni, xurafat dediyimiz təbəqənin burda o qədər də günahını görmürəm. Kommunizm ideyasından gəlmiş və ölkəni bu gün yönəldən insanların din, İslam mədəniyyəti yoxdur. Dini təfəkkürü yoxdur. Din məsələsində bir boşluq var”.

Hicab məsələsinə gəlincə isə, M.Vəzir bu məsələdə tərəddüd içində olduğunu söylədi:

HİCABIN ƏLEYHİNƏYƏM, AMMA...

“Mən hicabın əleyhinəyəm. Amma ortada insan haqqları məsələsi də var. Bunu da nəzərə alıram. Və eyni zamanda hələ yetkin yaşına çatmamış qızların təsir altına düşərək başlarını bağlaması məsələsi də var. Yəni, azad seçim məsələsi də problemdir.

Ümumiyyətlə, məsələ son dərəcə mürəkkəbdir. Hətta bilmirəm bu gün danışmaq faydalıdır, yoxsa susmaq. Buna da bir qərarım yoxdur. Məsələ ondadır ki, qəribə bir kəsim var və onlar çox aqressivdir. Çox da mövhumatçıdır. Əgər sən bircə kəlmə desən ki, mən hicabın əleyhinəyəm, qeydsiz-şərtsiz səninlə düşmən kəsilir. Həmin kəsim daha düşünmür ki, əgər “Quran”da bir ayədə örtünün deyilibsə, 50 ayədə halala haram qatma deyilib. Bəs yaxşı, seçkidə halala bu qədər haram qatıldı, niyə belə etiraz olmadı.? Hicablı qadınlar niyə öz etiraz səslərini ucaltmadılar?”.


XS
SM
MD
LG