Yeni ilin ilk günlərində kino rəssamı Mehriban Əfəndinin Fayt Helmerin «Absurdistan» filminə görə Parisdə keçirilən «Cinema&Costume Moulinc» festivalında «Ən yaxşı geyim rəssamı» mükafatına layiq görüldüyü xəbəri gəldi. Mehriban Əfəndi AzadlıqRadiosunun «İz» proqramının qonağıdır.
SƏNƏTİ--RƏSSAM
--Mehriban xanım, təbriklərimizi qəbul edin. Mükafat aldığınız filmdən yəqin ki, danışacağıq. Amma öncə istərdim özünüzü tanımayanlara tanıdasınız.
-- Rəssamam. Ancaq məni daha çox kinematoqrafçı kimi tanıyırlar. Hazırda «Azərbaycanfilm» kinostudiyasında geyim və rekvizit şöbəsinin çəkilişə hazırlıq sexinin rəisiyəm. Həm də filmlərimizdə--televiziya və daha çox kinofilmlərdə geyim rəssamı, quruluşçu rəssam kimi işləmişəm. Özümü sadəcə rəssam adlandırıram. Çünki bu sənəti həyatımın ən önəmli vəzifəsi, qisməti hesab edirəm.
«AZƏRBAYCANFİLM» ÇİÇƏKLƏNMƏ DÖVRÜ YAŞAYIR?!
--Lütfən söyləyin, indiyədək hansı filmlərdə çalışmısınız?
--Auditoriyaya ən çox tanış olan «Özgə vaxt» filminin adını çəkərdim. Hüseyn Mehdiyevin bu filmi çox böyük uğurlar qazandı. İspaniyada--Madriddə ən yaxşı rejissor işi nominasiyasına layiq görüldü. Ayan Mirqasımova ən yaxşı aktrisa prizini aldı və s. Bundan sonra mənim qürur duyduğum bir iş oldu--Rasim Ocaqovun «Otel otağı» filmində geyim rəssamı kimi çalışdım. Rasim Ocaqov qeyri-adi rejissor idi və indi də hər dəfə onun iş otağının önündən keçəndə ayaq saxlayıram, onu xatırlayıram və belə ustadla çalışdığımdan qürur duyuram. Daha sonra biz Rasim müəllimlə «Məhkumların cənnəti» filmində işləməyə başladıq, amma amansız ölüm buna imkan vermədi və filmi Mehriban Ələkbərzadə tamamladı. «Qırmızı qatar» filmini Özbəkistanda Azərbaycan heyəti ilə birgə çəkmişik. Burada da maraqlı geyimlər olduğunu deyə bilərəm. Rejissor Hafiz Fətullayevin bu filmi bir sıra texniki və başqa problemlər yaşamasaydı, festivallarda uğur qazana bilərdi. «Hacı Qara» filmində, «Qara ney» televiziya filmində də quruluşçu rəssam olmuşam. «Güllələr altında», «Satılmış həyat» filmlərində də çalışmışam. Düzdür, Azərbaycanda kino sahəsində çətinliklər var. İstədiyimiz kimi festivallara çıxa bilmirik. Bir çox problemlərlə üz-üzəyik. Amma yenə də çalışırıq. İndi «Azərbaycanfilm» doğrudan da çiçəklənmə dövrünü yaşayır. Filmlər çəkilir, professionallar işlə məşğuldurlar. Mədəniyyət və Turizm Nazirliyi filmlərə büdcə ayırır. Bilirsiniz ki, xaricdə filmlər kommersiya mənşəli olur. Dövlət pul ayırmır. O cəhətdən büdcədən ayırmaları böyük kömək, dayaq hesab edirəm.
NƏ AVROPAYA BƏNZƏSİN, NƏ ŞƏRQƏ
--Mehriban xanım, bir az da «Absurdistan» filminin rejissoru Fayt Helmerlə əməkdaşlığınızdan danışın. Yeri gəlmişkən, bir necə il öncə Fayt Helmer «Can Bakı» proqramında bizim qonağımız olub...
--Çox gözəl. O, hətta mənim dostuma çevrildi. Əvvəlcə internetlə yazışdıq. Biz Hüseyn Mehdiyevlə «Məkanın melodiyası» filmini çəkirdik. İşimizin ağır vaxtında ondan məktub aldım. O yazırdı ki, bütün dünyanı gəzmişəm, bir məkan axtarıram. Hamı deyir sənin axtardığın məkan ancaq Azərbaycandadır. İstəyirəm elə bir yer seçim ki, nə Avropaya bənzəsin, nə Şərqə. Yazdım ki, axtardığın elə Azərbaycandır, qorxmadan gələ bilərsən. Fayt Helmer üçün biz qaranlıq, pərdə arxasındakı bir ölkə kimi görünürdük. Qəribə suallar verirdi. Özümə aid olanı da, olmayanı da soruşub-öyrənib cavablayırdım. Odur ki, Bakıya gələn kimi mənimlə görüşdü. Əməkdaşlığımız belə başladı. İki-üç il Azərbaycanı qarış-qarış gəzdi, axtardığı məkanı da tapdı. Mənim fikrimcə, onun seçdiyi Lahıc və Şəki doğrudan da qeyri-adi məkandır.
FİLMİ İÇƏRİŞƏHƏRDƏ ÇƏKMƏK İSTƏYİRDİ
--Yəni çəkilişlər iki məkanda gerçəkləşdi?
--Ən çox Lahıcda. Şəkidə də xeyli çəkilişlərimiz oldu. Amma Lahıc daha çox yadda qaldı. Daşla örtülü küçələri, İçərişəhərə bənzəyən dar küçəli evləri hamımızı heyran etmişdi. Yeri gəlmişkən, Fayt Helmer Bakıya təzə gələndə, İçərişəhəri seçmişdi. Ancaq binalardakı müasir cihazları--kondisionerləri, çanaq antenləri və s. görəndən sonra fikrini dəyişdi. Film Lahıcın qəribə, möhtəşəm sıldırım dağlarının görünüşü ilə başlayır. Çox qeyri-adi bir mənzərədir və bütün dünya o filmlə Azərbaycanı görə bilir. Film artıq 15-ə qədər priz alıb. Bunda onun vizual görünüşünün də böyük rolu var. Çünki film ən çox mükafatı gözəlliyinə görə alıb.
DÜNYANI TƏƏCCÜBLƏNDİRƏ BİLƏRİK!
--Görün aradan neçə il keçib, amma «Absurdistan» yenə priz almaqda davam edir. Parisdə verilən «Ən yaxşı kostyum» mükafatını necə qarşıladınız?
--Sevincimin həddi yox idi. Buna qədər 2008-ci ildə Almaniya Akademiyası bu filmə «Ən yaxşı geyim rəssamı» nominasiyasında mükafat vermək istəyirdi, amma sonda mükafatı filmin gözəlliyinə görə alman rəssam aldı. Sonra Makedoniyada ən yaxşı geyim kimi birinci yer tutdu film. Onun arxasınca da Fransada. Fayt Helmer yazdı ki, mən səninlə qürur duyuram. İşbirliyinə görə sənə minnətdaram. Fransadakı mükafat isə çox möhtəşəmdir. Festival özü qeyri-adidir. Modasevərlər, moda yaradanlar bu festivala qatılır. Təkcə kino baxımından deyil, moda baxımından da maraq doğuran işlər qiymətləndirilir. Fayt Helmer belə bir yerdə qalib çıxdığına özü də təəccüblənmişdi. Mən də sevindim. Məncə azərbaycanlı kino işçiləri imkan olsa, şərait yaradılsa, dünyanı təəccübləndirə bilərlər.
FAYT «BAYKONUR» FİLMİNİ ÇƏKİR
--Mehriban xanım, Parisdə o cür mükafat qazandınız. Təqdimat mərasiminə getdinizmi?
--Yox. Fayt özü də üzr istədi və mükafatın sertifikatını mənə göndərdi. Bu işi o, təşkil edə bilərdi. Amma indi «Baykonur» filminin çəkilişlərini bitirmək üzrədir. Böyük çətinliklərlə üz-üzədir. Mən Faytla birgə işlədiyimdən, onun iş prinsipinə yaxşı bələdəm. İndi onun nə vəziyyətdə olduğunu təsəvvür edirəm. Burda gün ərzində iki saat yatırdı. Günün altında, ilan çalalarının içi ilə elə qaçırdı ki, biz ona çata bilmirdik. Fayt Helmer çəkiliş meydanında hər şeyi özü etməyə sevən rejissordur. Ona görə də onun işi çox yüksək qiymətləndirilir və artıq dünyanın məşhur rejissorlarından birinə çevrilib.
PARİSİ MÜTLƏQ GÖRƏCƏM!
--Heyf, Parisi görmək imkanını itirdiniz...
--Elədir. Ümid edirəm ki, rəssam kimi bunu gerçəkləşdirə biləcəm. Yəqin gələcəkdə maraqlı proyekt olar, mən də Parisi görərəm. Amma internetdə festivalı seyr etdim. Təbii ki, iştirak etsəydim, daha yaxşı olardı.
--Son sual. Mükafatınız Vətəndə necə qarşılandı?
--Həmkarlarım mənim uğuruma çox sevindilər. Eləcə də kinodan qıraq insanların təbriki məni təəccübləndirdi. Təbii ki, bu, təkcə mənim yox, Azərbaycanın uğurudur. Hesab edirəm ki, kinomuzun böyük gələcəyi var. İmkan yaradılsa, biz uğuru yaxalaya biləcəyik.