Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında piket keçirilib


Yanvarın 28-i Rusiyada yaşayan bir qrup azərbaycanlı Azərbaycanın Moskvadakı səfirliyi qarşısında piket keçirib. Aksiyaçılar Azərbaycanda islam təəssübkeşlərinin həbs olunmasına və təhsil müəssisələrində hicabın qadağasına etiraz ediblər.

Azərbaycan İslam Partiyası Baş Məclisinin üzvü İnqilab Əhədli Azadlıq Radiosuna bildirib ki, qanunvericiliyə uyğun olaraq piketdə 15 nəfər iştirak edib.

Piket əvvəlcədən razılaşdırıldığından polis müdaxiləsi olmayıb və dinc şəraitdə keçib.

Növbəti piketin fevralın 4-də keçirilməsi planlaşdırılır.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov başda olmaqla bir neçə şəxs həbs olunub. Onlar terrorçuluq və digər cinayətlərdə təqsirləndirilirlər.

Ötən ilin noyabrında təhsil naziri Misir Mərdanovun şifahi göstərişi ilə Azərbaycanda şagirdlərin orta məktəbə hicabla gəlməsinə qadağa qoyulub.
XS
SM
MD
LG