Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:23

Müsavatçı vəkil Kollegiyadan çıxarılıb


Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də keçirdiyi iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurumun üzvlüyündən çıxarılması barədə qərar qəbul edilib. Osman Kazımov Rəyasət Heyətinin qəbul etdiyi qərarı siyasi təqib kimi qiymətləndir:

«Bu qərar mənə qarşı siyasi təqibdir. Mənim fəaliyyətimdə heç bir qanun pozuntusuna yol verilməyib. Mənə qarşı irəli sürülən təqdimatın tam əsassız olduğunu rəsmi sənədlərlə sübuta yetirmişəm. Hətta hər hansı qanunsuzluğa yol versəm belə mənə qarşı əvvəlcə iltizam tənbehi – xəbərdarlıq, töhmət, fəaliyyətin dayandırılması və ən sonda üzvlükdən çıxarılma barədə qərar qəbul edilə bilərdi. Bunlar isə mənim bir dəfəlik üzlükdən çıxarılmağıma qərar veriblər».

Rəyasət Heyəti Osman Kazımovun üzvlükdən çıxarılması barədə qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb.

Osman Kazımov hüquqlarını müdafiə etdiyi şəxslə birlikdə işi aparan müstəntiqin təhrifə yol verdiyini əsas gətirərək protokolu imzalamayıblar. Müstəntiq isə bu halı müdafiə hüququnun pozuntusu kimi qiymətləndirərək Osman Kazımovun cəzalandırılması üçün vəsatət qaldırıb. Baş Prokurorun birinci müavini Rüstəm Usubov isə bu haqda Vəkillər Kollegiyasına təqdimat yazıb. Rəyasət Heyyəti təqdimatı yekdilliklə qəbul ediblər.
Rəyasət Heyətinin qəbul etdiyi qərar məhkəmə tərəfindən təsdiqləndikdən sonra qüvvədə olacaq.

Osman Kazımov 1990-cı ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv seçilib. O, Müsavat Partiyasının divan üzvüdür.
XS
SM
MD
LG