Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:24

Yol hərəkəti haqqında qanuna dəyişiklik edilə bilər


Vaqif Əsədov
Vaqif Əsədov
«Mental xüsusiyyətlərimizlə bağlı bir sıra göstəricilər var ki, onlardan biri avtomobil idarəetmə mədəniyyətinin aşağı olmasıdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyib.

O bildirir ki, bunu bütün sürücülərə aid etmək olmaz, amma hamı yol hərəkəti qaydalarına riayət etsə, polislərə də ehtiyac qalmaz:

«Olmazmı ki, Yol Polisinin nizamlayıcı olmaması nəzərə alınsın və sürücülər özləri yolayrıcılarından keçmək qaydalarına düzgün riayət etsinlər».

Yol Polisinin rüşvətlə mübarizəsinə toxunan Vaqif Əsədov qeyd edib ki, korrupsiya hallarına qarşı bütün instansiyalarda mübarizə aparılır. Hər hansı vətəndaş müraciət edərsə, ona bu barədə məlumat verilə bilər.

Bəzi yollardakı xəbərdarlıq nişanlarında sürət həddi qanunvericilikdə nəzərdə tutulandan artıq göstərilir. Vaqif Əsədov deyir ki, yəqin ki, bundan sonra qanunvericilikdə dəyişiklik ediləcək:

«Qanunda konkret göstərilir ki, avtomagistralda kütləsi 3.5 tona qədər olan nəqliyyat vasitələri saatda 110 km sürətlə hərəkət etməlidir. Hazırda aeroport və bir neçə başqa istiqamətdə sürət həddinin saatda 120 km seçilməsi üçün yol nişanları qoyulub. Yəqin ki, yol hərəkəti haqqında qanuna əlavə və dəyişikliklər ediləcək. Hər halda, qanunda saatda 120 km sürətlə hərəkət edilməsi nəzərdə tutulmayıb».

XS
SM
MD
LG