Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:23

Daha bir diktatorun sonu


Hüsnü Mübarək istefa verdi
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

Misirin vise-preizdenti Omar Suleiman dövlət televiziyasında qısa məlumatla çıxış edərək prezidentin istefasını elan etdi. Təhirir meydanında 18 gündür Mübarəkin getməsini tələb edən yüz minlərlə misirli bu xəbəri böyük sevinclə qarşıladı. (Reutersin vide

OBAMA MÜBARƏKİN İSTEFASI İLƏ BAĞLI BƏYANAT VERDİ

Amerika prezidenti Barak Obama Misir prezidenti Mübarəkin istefası ilə bağlı xüsusi bəyanat verib.

O bildirib ki, hər bir insanın həyatında onun tarixi məqama şahidlik etdiyi çox az günlər olur.

Fevralın 11-i məhz belə günlərdəndir.

Onun sözlərinə görə, Mübarəkin istefası "son yox, başlanğıcdır".

Obama deyib ki, hakimiyyətin ötürülməsi prosesinin dinc şəkildə baş verəcəyinə ümid edir.

O bildirib ki, bundan sonra Misirdə müəyyən çətinliklər ola bilər, amma Misir xalqı son həftələrdə nümayiş etdirdiyi həmrəylik hissi ilə həmin maneələrə sinə gərməyə, demokratik quruluşa nail ola bilər.

Obama üsyan zamanı ordunun davranışını, xalqa güllə atmadığını da yüksək qiymətləndirib.

Onun sözlərinə görə, indi ordu hakimiyyət ötürülməsinin nizamlı şəkildə baş verməsi üçün fövqəladə vəziyyəti ləğv etməli, Konstitusiyaya dəyişiklik edilməlidir.

Amerika prezidenti deyib ki, Misirdə azad seçkilər keçirilməli, bütün siyasi qüvvələrə öz fikrini ifadə etmək üçün şərait yaradılmalıdır.

Obama bildirib ki, ABŞ Misirlə dostluq əlaqələrini davam etdirəcək. Demokratiyaya keçid üçün əlindən gələni yardımı göstərəcək.

ABŞ prezidenti deyib ki, Misirdəki hadisələr insan ləyaqətinin böyük qüvvə olduğunu göstərdi.

Barak Obama
İnsanlar həyatda bir dəyərlərinin olduğunu, dinc yolla ədalətə nail olmağın mümkünlüyünü anladılar.

Barak Obama"Sizlər bununla bizləri, bütün dünyanı ruhlandırdınız".

Obama Misir gəncliyinin yeni texnologiyalara, yaradıcı ideyalara meylli olmasını yüksək qiymətləndirib.

ORDUNUN QISA BƏYANATI


Hüsni Mübarəkin istefasından sonra ordunun sözçüsü dövlət televiziyasında bəyanat verib.

Çox qısa bəyanatda sözçü Mübarəkin istefasından sonra ordunun keçid dövrü üçün ölkədə hakimiyyəti ələ aldığını, amma bunun seçkili orqanlarının səlahiyyətlərindən məhrum edilməsi anlamına gəlmədiyini deyib.

Ordunun sözçüsü prezident Mübarəkin "müharibə və sülh dövründə dövlət qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərini" deyib.

Amma eyni zamanda "azadlıq uğrunda şəhid olanlar qarşısında baş əydiyini" bildirib və efirdə onlara ehtiramını bildirmək üçün hərbi salam verib.

İSTEFAYA REAKSİYALAR

Almaniya kansleri Merkel Mübarəkin istefasını alqışlayıb, fevralın 11-ni Misir üçün "tarixi məqam" adlandırıb.

Misir prezidenti Mübarəkin istefasından sonra BMT-nin baş katibi Ban Ki Mun bildirib ki, ölkədə hakimiyyətin "şəffaf, nizamlı şəkildə ötürülüləcəyinə", azad və ədalətli seçkilərin keçiriləcəyinə, mülki hakimiyyətin formalaşacağına ümid edir.

İsveçrə isə Misirin keçmiş prezidenti Hüsni Mübarək və onun ailəsinə aid ola biləcək bank hesablarını dondurub.

Bu barədə Röyters agentliyi məlumat yayıb.

Amerika prezidenti Barak Obama Misir prezidenti Mübarəkin istefasını alqışlayıb.

Tezliklə Obamanın Misirdəki hadisələrlə bağlı ayrıca açıqlama verməsi də gözlənilir.

Misir müxalifətinin liderlərindən olan Məhəmməd əl-Baradey Mübarəkin istefasına münasibət bildirib:

"Bu mənim həyatımın ən böyük hadisəsidir. Misir azad oldu".

Ömər Süleyman
Avropa Birliyi də Mübarəkin istefasını alqışlayıb. AB bunu "Mübarəkin xalqın səsinə qulaq asması" kimi qiymətləndirib.

Birliyin xarici əlaqələr idarəsinin rəhbəri Ashton deyib ki, bu, ölkədə islahatları sürətləndirəcək.

Ərəb Liqası da Mübarəkin istefa qərarını alqışlayıb.

HÜSNÜ MÜBARƏK İSTEFA VERDİ

Misirn dövlət televiziyası fevralın 11-də prezident Hüsnü Mübarəkin istefa verdiyini elan edib.


Misir inqilabı haqda bütün yazılar
Qahirənin Təhrir meydanında bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanlar 30 illik diktaturaya qalib gəldiklərinin sevincini yaşayırlar.

Onlar "Misir azad oldu!" şüarları səsləndirirlər. Havaya fişənglər atırlar, küçələrdə Misir bayraqları ilə yürüş edir, rəqs edirlər.

Ölkəni seçkilərə qədər ordu idarə edəcək.

Yaxın saatlarda ordunun xalq üçün açıqlaması olacaq.

18 gündür ki davam edən Misir üsyanında 300-dən çox insanın öldüyü bildirilir.

Misirli etirazçılar Tunisdə baş vermiş üsyandan, prezident Bin Əlinin ölkədən qovulmasından ruhlanmışdılar.

MÜBARƏK QAHİRƏNİ TƏRK ETDİ

Fevralın 11-də Misir prezidenti Hüsni Mübarəkin paytaxt Qahirəni tərk etdiyi haqda xəbərlər yayılıb.

Amerikanın ABC telekanalı məlumat yayıb ki, 82 yaşlı Mübarək Qırmızı dəniz sahilində yerləşən kurort şəhəri Şərm-əl-Şeyxə - öz malikanəsinə gedib.

Ötən həftə ABC-yə müsahibəsində prezident bildirmişdi ki, onun nəhayətdə çıxıb bir kurort şəhərinə getməsi mümkündür, amma heç zaman Misiri tərk etməyəcək.

Amma Mübarəkin Şərm-əl-Şeyxə getməsinin simvolik bir akt olması, yoxsa dövlət işlərindən tamamilə uzaqlaşması demək olduğu bilinmir.

Yaxın saatlarda Prezident Aparatı dövlət televiziyası ilə açıqlama verib məsələyə aydınlıq gətirməlidir.

Bu arada Qahirənin Təhrir meydanına yüz minlərlə insan toplaşıb.

Onlar Mübarəkin fevralın 10-da etdiyi xalqa müraciətdən narazıdırlar.

Mübarək demişdi ki, vəzifədən getmir, yalnız səlahiyyətlərinin bir hissəsini vitse-prezident Süleymana verir.

Təhrir meydanındakı etirazçılardan biri - Xalid Salah deyib ki, Mübarəkin davranışı Misirin iflası ilə nəticələnə bilər:

"Misir xalqı onu maraqlandırmır. O daim bizi məyus edir, son müraciətində də belə oldu, misirlilər ötən gecə məyus əhval-ruhiyyədə yuxuya getdilər. Mübarəkin məqsədi ölkəni məhv etməkdir".

Təhrir meydanında "İstefa" şüarları səslənir.

Bir qrup etirazçı həm də dövlət televiziyasının hərbçilər tərəfindən qorunan binası qarşısında toplaşıb.

Başqa bir qrup isə Prezident sarayının qarşısına yığışıb.

Sarayı ordu qoruyur, orada olan hərbçilərin sayı gecəylə artırılıb. Sarayın həyəti tikanlı məftillər və tanklarla əhatələnib.

Sarayın damında isə snayperlər gözə dəyir.

Etirazçılarla sarayın ətrafındakı hərbçilər arasında müəyyən gərginlik yaşansa da, ciddi qarşıdurma baş verməyib.

MÜBARƏKİN İSTEFASINA BAKIDAN REAKSİYALAR
XS
SM
MD
LG