Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:37

Yəmən prezidenti ABŞ-a səfərini təxirə salıb


Yəmən prezidenti Ali Abdulla Saleh ölkədə baş verən etiraz nümayişlərinə görə fevralın sonuna ABŞ-a planlaşdırdığı səfəri təxirə salıb.

Fevralın 13-də Yəmən paytaxtında hökumət əleyhinə mitinqlər davam edib. Müxalifət qüvvələri paytaxtın baş meydanına girməyə cəhd ediblər. Onlar yollarını kəsən polis dəstəsi ilə çarpışıblar.

Əksəriyyəti universitet tələbələri olan 1000 nəfərlik dəstə Yəməndə prezident Ali Abdulla Salehin 30 illik hakimiyyətinə son qoyulmasını, ölkədə demokratik islahatlar keçirilməsini tələb edirlər.
XS
SM
MD
LG