Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:37

Tehrandakı nümayişlərdə bir nəfər ölüb (VİDEO VƏ FOTOLAR)


Tehranda müxalifət fəallarının diktatura əleyhinə etiraz askiyası, 14 fevral, 2011
Tehranda müxalifət fəallarının diktatura əleyhinə etiraz askiyası, 14 fevral, 2011
(Tehranda etiraz askiyasından fotolara mətnin sonunda baxın)

ABŞ İRANDAKI ETİRAZLARI DƏSTƏKLƏYİR


ABŞ Dövlət katibi Hillari Klinton İran paytaxtında aksiya keçirən minlərlə nümayişçiyə öz qətiyyətli dəstəyini ifadə edib.

Hillari Klinton deyib ki, onlar yalnız Misirə məxsus olmayan eyni hüquqlara layiqdirlər.

«Müxalifətin və vətəndaş cəmiyyətinin eşidilməsinə ehtiyac var», - Klinton əlavə edib.

Tehrandakı nümayişlərdə bir nəfər ölüb. Polislə qarşıdurmada onlarla yaralanan var.
Tehranda nümayişçilər «Diktatora ölüm!» səsləndiriblər.

Şahidlər «Associated Press»ə deyiblər ki, azı üç nəfər güllə yarası alıb, onlarla adam xəstəxanalara yerləşdirilib.

***
Şahidlərin bildirdiyinə görə Tehranda minlərlə adam küçələrə çıxıb. Polis yolları bağlayaraq Misir və Tunis xalqına dəstək üçün müxalifətin keçirdiyi bu aksiyanın qarşısını almağa çalışır.

Şahidlər Tehranda Karim Xan prospekti, Firdovsi meydanı və Hafez küçəsinə də müxalifət tərəfdarlarının axışdığını deyirlər.

Aksiyanın qarşısının alınması üçün paytaxt Tehranın küçələrinə əlavə təhlükəsizlik qüvvələri yeridilib. Amma şahidlər bildirirlər ki, müxalifətin yüzlərlə tərəfdarı paytaxtın müxtəlif yerlərində “Mübarək, Ben Ali, Seyid Əlinin (Xameneyi) də vaxtı gəldi!” şüarları səsləndiriblər.

Aksiya iştirakçıları Ayətullah Ruhulla XOmeyni və Ayətullah Əli Xameneyinin portretlərini yandırırlar:


Tehranın mərkəzində İnqilab meydanı yaxınlığında polislə aksiya iştirakçıları arasında qarşıdurma yarandığı bildirilir. Təhlükəsizlik qüvvələri havaya atəş açır, dəyənəklərlə adamları ərazidən uzaqlaşdırmağa çalışır. Bəzi yerlərdə polis kütləni dağıtmaq üçün gözyaşardan qazdan istifadə edib. Polislə toqquşma gedən ərazilərdə mobil telefon xidmətləri kəsilib.

Tehrandan başqa, İsfahan, Şiraz və Kermanşah şəhərlərində də müxalifət fəalları etiraz askiyalarına cəhd ediblər.

Mir Hossein Mousavi və müxalifətin başqa bir lideri Mehdi Karroubi Misir və Tunis xalqı ilə həmrəylik aksiyası keçirmək üçün hökumətə müraciət edib. Amma Tehran rəhbərliyi bu aksiyaya icazə verməyib.

Aksiya iştirakçıları "Allah böyükdür!", "Diktatora ölüm!" şüarları səsləndirirlər:

Bu gün səhərdən polis Mousavinin evinin qarşısını bağlayıb, telefonlarını kəsib. Mousavinin saytında yayılan məlumata görə polis onun evinin qarşısına maşınlar düzüb. Evinin telefon kətləri kəsilib, özünün və xanımınıpn mobil telefon xidmətləri bağlanıb.

AzadliqRadiosunun müxbirləri müxalifətin etiraz askiyalarının gecə saatlarına qədər davam etdiyini bildirirlər.

İranın dövlət infromasiya agentliyinin keçmiş direktoru, islahatçıların liderlərindən olan Abdollah Naserinin həbs edilməsi barədə xəbərlər var. O, siyasi baxışlarına görə tutuduğu vəzifədən istefa verməyə məcbur edilib. Naseri İranda islahatçıların ən böyük partiyalarından olan İslam İnqilabı Təşkilatının üzvüdür.

Müxalifətin digər lideri Mehdi Kərrubi fevralın 10-dan ev dustağı kimi saxlanır.
BBC-nin məlumatına görə Tehran özünün farsdilli telekanalının rəhbərliyini də Misir hadisələrini müntəzəm işqılandırdığı üçün sıxışdırır.

Tehran, 14 fevral 2011


XS
SM
MD
LG