Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:27

Mümkün inqilab ölkələrinin siyahısında Azərbaycanın da adı var



ABŞ-da çap olunan “Foreign Policy” jurnalı hesab edir ki, ərəb ölkələrində baş verən inqilabın Azərbaycan, Belorus və Orta Asiya ölkələrində də baş verməsi ehtimalı yüksəkdir. Jurnal fikirni bununla əsaslandırır ki, həmin ölkələrdə də sülalələr və avtokratik liderlər müxalifət partiyalarını, demokratik institutları iflic edib, xalqı seçim və hakimiyyəti dəyişmək hüququndan məhrum edib.

Müəllif Fiona Hill ərəb inqilablarının Rusiya və Çinə mümkün təsirindən bəhs edərək yazır: “Son vaxtlar nəzərlər Yaxın Şərqə yönəlib. Tunis və Misir prezidentlərini istefaya məcbur edən inqilab dalğasının ərəb xalqlarının oyanmasına necə təsir edəcəyi, bu hadisələrin İsaril və İran üçün nəticələrinin nə olacağı maraqla izlənir.

Xalq hərəkatları nəticəsində devriləcək ərəb liderləri siyahısında Əlcəzair, İordaniya, Suriya, Yəmən və Fələstin Muxtariyyətinin rəhbərlərinin adları çəkilir.

Ancaq bu dövlətlərin heç birinin Moskva və Pekin üçün daimi əhəmiyyəti yoxdur. buna baxmayaraq, ərəb dünyası və Yaxın Şərq xaricində ailə hakimiyyətlərini möhkəmləndirən, müxalifət partiyalarını, demokratik institutları iflic edən, xalqı seçim və hakimiyyətin dəyişmə hüququndan məhrum edən rejimlər çoxdur. Belə ölkələrin əksəriyyəti Rusiya və Çinin qonşuluğunda yerləşir.

Onların arasında Azərbaycan və Belarus, Orta Asiya ölkələrindən Qazaxıstan, Tacikistan, Türkmənstan və Özbəkistan və Uzaq Şərqdə Şimali Koreya var.

Rusiyanın isə narahat olmağa əsasları daha çoxdur. 2003-2005-ci illərdə Rusiya ilə həmsərhəd ölkələrdə "rəngli inqilablar" olanda regionda siyasi kataklizmlər yaşandı”.

Gürcüstanda, Ukraynada baş verən inqilablardan bəhs edən müəllif 2003-cü ildə Azərbaycanda hakimiyyətin atadan oğula – Heydər Əliyevdən İlham Əliyevə ötürülməsini və həmin vaxt müxalifətin kütləvi etirazlar aksiyaları keçirdiyini bildirir.

Azərbaycan rəsmiləri ərəb ölkələrində baş verən inqilabların Azərbaycana heç bir təsiri olmayacağını deyirlər. Hakim YAP-nın rəhbərliyi bu mövzuda çıxışlarında adətən bildirirlər ki, Misirdən fərqli olaraq Azərbaycanda inqilab üçün heç bir əsas yoxdur. Ölkə iqtisadiyyatı və əhalinin sosial vəziyyəti Misirdən dəfələrlə yaxşıdır, prezidentin isə xalq arasında olduqca böyük dəstəyi var.

Amma yerli təhlilçilər bilririrlər ki, ölkədə inqilab üçün real əsaslar var. İşsizlik, yoxsulluq, korrupsiya, avtokratik üsul-idarə ərəb inqilab olan ərəb ölkələrinin bəzilərindən bir qədər də çoxdur. Müxalifət yönlü və müstəqil təhlilçilər hesab edirlər ki, arxayın bəyanatlara baxmayaraq, Azərbaycanda hakim elitada da təlaş var. Onlar yanvarın sonundan ölkədə gedən rəsmi anti-korrupsiya kampaniyasını da həmin təlaşın əlaməti hesab edirlər.
XS
SM
MD
LG