Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:30

Cabbar Savalanlının məhkəməsi keçirilib


Bu gün Sumqayıt şəhər məhkəməsində AXCP fəalı Cabbar Savalanlı tutulan zaman yol verilən qanun pozuntuları ilə bağlı vəkillərin şikayətinə baxılıb.

Müdafiə tərəfi Cabbar Savalanlı haqqında seçilmiş həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət verib. Vəsatətə yaxın günlərdə baxılacaq.

Bu günkü məhkəmə prosesində hal şahidləri dindirilib. Vəkil Anar Qasımov bildirib ki, onlar hal şahidliyi haqqında qanunvericiliyin tələbləri pozublar: “Cabbar həbs olunan gün hal şahidləri bütün günü polislə bir yerdə olub. Rəsmi protokolda göstərilir ki, onlar 20.30-da polisə dəvət olunublar, 21.00-da Cabbarın üstünə baxış keçirilib. 21.35-də baxış qurtarıb. Hal şahidləri bundan sonra çıxıb getməli idilər. Ancaq onlar polis şöbəsində gözləyiblər. Yenə rəsmi protokola görə 23.50-də Cabbargilin evinə baxışda iştirak ediblər. 00.20-yə qədər orada olublar”.

Fevralın 25-də keçiriləcək məhkəmə prosesində müdafiə tərəfi çıxış edəcək.

Cabbar Savalanlı fevralın 5-də tutulub. O qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur. Fevralın 7-də haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG