Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:33

Qaddafi mitinqə gəldi


Tunisin devrilmiş prezidenti Ben Ali (ön cərgədə soldan sağa), Yəmənin prezidenti Ali Abdullah Saleh, Liviya lideri Muammar Qaddafi və Misirn keçmiş prezidenti Hosni Mubarak İkinci Afro-Ərəb birgə sammitində, 10 oktyabr 2010
Tunisin devrilmiş prezidenti Ben Ali (ön cərgədə soldan sağa), Yəmənin prezidenti Ali Abdullah Saleh, Liviya lideri Muammar Qaddafi və Misirn keçmiş prezidenti Hosni Mubarak İkinci Afro-Ərəb birgə sammitində, 10 oktyabr 2010

Liviya diplomatları müxalifətin tərəfinə keçdi

Liviyanın Ərəb Liqasındakı diplomatları da istefa verib müxalifətə qoşuldular. Missiyada çalışan 11 diplomat fevralın 11-də yaydıqları bəyanatda Qaddafi rejiminin xalqa qarşı silah işlətməsinə görə bu addımı atdıqlarını qeyd edirlər.

Bundan əvvəl Liviyanın BMT-dəki nümayəndələyi, eləcə də bir neçə ölkədəki səfirləri də istefa verərək “daha rejimi yox, xaqlı təmsil etdiklərini” bildiriblər.


BMT komissiya yaradır

BMT-nin İnsan Haqları Şurası Liviyada zorakılıqların araşdırılması üçün xüsusi missiya yaradıb. Həmçinin Liviyanın bu Şurada təmsilçiliyinin dondurulması nəzərdə tutulur.

BMT Təhülkəsizlik Şurası da Liviya hadisələrinin müzakirəsi üçün toplanır.

Muammar Qaddafi tərəfdarları qarşısında qısa çıxış edib


Fevralın 25-də axşam saatlarında Liviya lideri Muammar Qaddafi gözlənilmədən paytaxt Tripolidə Yaşıl Meydana toplaşan tərəfdarları qarşısında qısa çıxış edib. Qaddafi onları mübarizəyə çağırıb və özünün də adi liviyalılardan biri olduğunu deyib.

Sarkozi Qaddafini istefaya çağırır

Fransa prezidenti Nikola Sarkozi fevralın 15-də Liviya lideri Muammar Qaddafini istefa verməyə çağırıb. Türkiyədə həmkarı Abdulla Güllə birgə mətbuat konfransında Fransa prezidenti deyib ki, Qaddafi getməlidir. O, beynəlxalq ictimaiyyəti də Qaddafi rejimi nümayəndələrinə qarşı sanksiyalara və araşrıma aparılmasına çağırıb.

Avropa Birliyi Qaddafiyə qarşı sanksiyaları razılaşdırdı

Avropa Birliyi Qaddafi rejiminə qarşı sanksiyaları razılaşdırıblar. Gələn həftə təsdiq ediləcək qərarda dinc mitinqçilərə qarşı istifadə edilə biləcək silahların və digər avadanlıqların Liviyaya verilməsinə, həmçinin Qaddafi rejimi nümayəndələrinin səfərlərinə qadağalar, onların bank hesablarının dondurulması nəzərdə tutulur.
Bu mövzuda həmçinin oxuyun:

Tripolidə mitinqçilər atəşə tutulub, azı iki nəfər həlak olub

Şahidlərin bildirdiyinə görə fevralın 25-də Liviya paytaxtı Tripolidə Qaddafinin tərəfindən olan hərbi qüvvələr etiraz askiyası iştirakçılarına atəş açıb. Azı iki nəfərin həlak olduğu bildirilir.


BMT minlərlə adamın qətlə yetirildiyini və yaralandığını bildirir


BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pillay bildirir ki, Liviyada hökumət əleyhinə mitinçilərə qarşı zorakılıq həyəcanlı səviyyəyə çatıb. Fevralın 25-də Cenevrdə İnsan Haqları Şurasının toplantısında komissar məlumat verib ki, artıq minlərlə dinc sakin öldürülüb, ya da yaralanıb.


NATO-nun Baş katibi Fogh Rasmussen də Liviyadakı hadisələrin müzakirəsi üçün bugünə alyansdakı səfirlərin iştirakı ilə xüsusi toplantıya çağırıb.

Avropa Birliyi ölkələrinin müdafiə nazirləri də Macarıstana toplaşıb Liviya rejiminin mitinqçilərə qarşı divan tutumasının qarşısının alınması yollarını müzakirə edəcəklər. Nzirlərin görüşündən əvvəl Birliyi Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton mümkün sanksiyalar haqqında məlumat verib:

- Biz qarşıdakı bir neçə gün ərzində rejim təmsilçilərinin səyahətlərinə qadağalar qoyulması, onların bank hesablarının dondurulması kimi məsələləri müzakirə edəcəyik. Bundan başqa da daha nə edə biləcəyimizi müzakirə edəcəyik.

Fevralın 17-dən Liviya lideri Muammar Qaddafinin 42 illik hakimiyyətinə son qoyulması tələbilə keçirilən etiraz askiyaları bütün ölkəni bürüyüb. Ölkənin əksər ərazisi etirazçıların əlinə keçib. Amma Qaddafi imkan olan hər yerdə mitinqçilərə divan tutur, istefa vermək niyyətində olmadığını bildirir.
XS
SM
MD
LG