Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Nazim Məmmədov: «Büdcəyə sağmal inək kimi baxırlar»


Nazim Məmmədov
Nazim Məmmədov
AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı Nazim Məmmədov belə deyib. Onun fikrincə, bu, hökumətə maaşlara və təqaüdlərə yenidən baxması üçün imkan yaradır:

«İlin ortasında büdcəyə baxılmasını mən faciə hesab etmirəm. Yanvar-fevral ayından kəskin qiymət artımı müşahidə olunur. Ərzaq məhsullarında da, qeyri-ərzaq məhsullarında da, xidmətlərdə də... Əhalinin sosial təminata ehtiyacı olan təbəqəsinin də həm maaşlarına, həm təqaüdlərinə baxmaq ehtiyacı yaranır. O baxımdan parlament tərəfindən hökumətə fürsət yaratmaq lazımdır ki, bu addımları ata bilsinlər».

Nazim Məmmədov düşünür ki, bu il inflyasiya səviyyəsi yüksək olacaq.

İqtisadçı Rövşən Ağayev isə deyir ki, maraqlısı bu dəyişikliklərlə bağlı hökumətin arqumentlərinin nə dərəcədə əsaslı olmasıdır. Onun fikrincə, hər dəfə neftdən gələn gəlirlərin artması zamanı dövlət büdcəsinə yenidən baxılması qanunaziddir:

«Belə çıxır ki, gəlir artır, büdcəyə mütləq baxmaq lazımdır. Amma büdcə sistemi haqda qanun heç də belə demir. Yalnız deyir ki, il ərzində büdcə artıqlığı (profisit) yaranarsa, o, büdcə qalığı kimi idarəetməyə verilə bilər».

Rövşən Ağayev deyir ki, qanunvericiliyə düzəlişlər edilməlidir və dövlət büdcəsinə yenidən baxılması üçün qanuni əsaslar yaradılmalıdır.

Nazim Məmmədov son vaxtlar Mərkəzi Bankın uçot dərəcələrini qaldırmasına da münasibət
Rövşən Ağayev
bildirib:

«MƏRKƏZİ BANKIN UÇOT DƏRƏCƏSİNİ DƏYİŞMƏSİNİN İQTİSADİYYATA NƏ MİNUSU VAR, NƏ PLYUSU. Çünki mərkəzləşdirilmiş kredit resursları verilmir deyə, onların səbətdə yeri azdır. Bunun bizim iqtisadiyyata heç bir aidiyyəti yoxdur. Gözləyirdik ki, ötən illərdə uçot dərəcəsi azaldılıb deyə, banklara mərkəzləşdirilmiş resurslar verəcəklər və kredit resurslarının qiyməti aşağı düşəcək. Bunu biz görmədik. Nə aşağı düşəndə gördük, nə qaldırılanda. Bunu anti-inflyasiya tədbirləri kimi təqdim etmək qeyri-professionallıqdır».

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə toxunan Rövşən Ağayev deyir ki, onların işi bir dövlət sirri kimi saxlanır, onlara verilən kreditlərin xərclənməsi barədə məlumat əldə etmək mümkün deyil:

«Şəffaf mexanizm, infrastruktur yoxdursa, bu vəsaitlərin heç vaxt effekti olmayacaq».

Nazim Məmmədov isə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsinə toxunaraq bildirib ki, bu, korrupsiya yaradan amillərdəndir:

«Büdcəyə belə demək olarsa, bir sağmal inək kimi baxırlar. Hamı bir layihəni ortalığa atır. Vəsaitlərin də sonradan şəffaf xərclənməməsi cəmiyyətdə problem yaradır...».

XS
SM
MD
LG