Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:33

Gürcüstanda 1 milyon ailə vauçer alacaq


- Onların özünə 30 lari vermək lazımdır, görək özləri bu pulla nə edə bilirlər.
- Onların özünə 30 lari vermək lazımdır, görək özləri bu pulla nə edə bilirlər.
Gürcüstanda qiymətlər artmaqda davam edir və əsasən istehlak məhsulları bahalanır.

Standartlaşdırma üzrə dövlət qurumu hələlik fevral ayı üçün məlumatları açıqlamasa da, ötən ayların tendensiyası vəziyyət barədə aydın təsəvvür yaradır. Son 7 ildə istehlak səbətini təşkil edən əsas məhsulların qiyməti bu qədər yüksək olmayıb.

Standartlaşdırma üzrə dövlət qurumunun rəhbəri Zaza Çelidze deyir ki, ötən ilki 12.3%-lik inflyasiyanın 10%-dən çoxu ərzaq məhsullarının payına düşüb:

«Yaşayış minimumu 152 lari 70 tetridir. Bu, son 7 ildə maksimal göstərici hesab olunur, yaşayış minimumu heç vaxt belə yüksək olmamışdı. Yaşayış minimumunun hesablanması istehlak səbəti vasitəsilə aparılır. Bu səbətə təxminən 40 adda qida məhsulları daxildir. Ötən il bu minimum 128 lari idisə, bu il fərq çox böyükdür».

İnflyasiyanın artması istehlak mallarının qiymətinin də bahalanması ilə müşayiət olunur. Ölkə rəhbərliyi bahalanmaya qarşı müəyyən tədbirlər görür. Bunu prezidentin sözçüsü Manana Macqaladze KİV nümayəndələri üçün keçirilən brifinq zamanı deyib:

«Hökumətin böhran əleyhinə proqram üzərində işi davam edir. Əhaliyə yardım elektrik enerjisi və ərzaq vauçerlərinin paylanması ilə məhdudlaşmır. Birdəfəlik sosial yardımlar problemin həlli yolu deyil, daha qlobal tədbirlər görülməlidir».

Merab Caniaşvili
Qlobal tədbirlər deyəndə, prezidentin sözçüsü iş yerlərinin yaradılmasını nəzərdə tutduğunu açıqlayıb.

Martın 10-dan prezidentin təşəbbüsü ilə ƏHALİYƏ BİRDƏFƏLİK 30 LARİLİK ƏRZAQ VAUÇERLƏRİNİN PAYLANMASINA BAŞLANACAQ. Ərzaq vauçerini Gürcüstanda yaşayan 1 milyon ailə alacaq (Standartlaşdırma üzrə dövlət qurumunun məlumatına əsasən, Gürcüstanda 1 mln 176 ailə qeydə alınıb). Ərzaq vauçerlərini vətəndaşlar «Liberty Bank»da pula çevirməlidirlərsə, 20 larilik elektrik enerjisi vauçerlərini başqalarına da verə bilərlər.

İqtisadçı ekspertlər vauçerlərin paylanmasını inflyasiya ilə mübarizədə səmərəli metod hesab etmir, inflyasiyanın daha da dərinləşəcəyindən ehtiyatlanırlar. Gənc Maliyyəçi və Biznesmenlər Assosiasiyasının sədri Merab Caniaşvili bildirir ki, 30 larilik vauçer inflyasiyanın doğurduğu xərcləri azaltmayacaq:

«Büdcə təsdiqlənib və 5 milyon lari kəsir var. Hökumət yeni borc götürərsə, bu, inflyasiyanı stimullaşdıracaq. Əslində, 50 milyon bir o qədər böyük məbləğ deyil. Hökumət büdcə vəsaitlərinin istiqamətini dəyişərsə - hansı ki, pis olmazdı - o zaman əməkhaqqı xərclərini azaldaraq, alınan 50 milyonu bu vauçerlərə yönəltmək olardı. Ancaq bizdə inflyasiya o həddədir ki, 50 milyonu əlavə edib və ya kəsməklə nəticə dəyişməyəcək».

«Tabula» jurnalının iqtisadiyyat məsələləri üzrə şərhçisi Mişa Taxvelidze hesab edir ki, ailəyə lazımi ərzaq məhsullarını almaq üçün məhz 30 lari daha çox pul lazımdır:

Yaşayış minimumu 152 lari 70 tetridir. Bu, son 7 ildə maksimal göstərici hesab olunur
«Vauçerin mahiyyəti ondan ibarətdir ki, ötən il inflyasiya 12 % olub, yəni vətəndaşların alıcılıq qabiliyyəti 12% azalıb. Bu, əsasən kasıb təbəqəyə toxunub, onlar bundan 30 lari itiriblər və indi hökumət inflyasiyanın aldığı pulu vətəndaşlara qaytarır».

Biz vətəndaşlara da sual verdik ki, 30 LARİYƏ NƏ ALA BİLƏRLƏR?

55 yaşlı evdar qadın Mayanın cavabı belə oldu:

- Biz 7 nəfərik. Buna nə ala bilərəm ki?

- Bəs 30 lariyə nə alacaqsız?

- 1 kq ət, kartof, soğan, çörək.

Digərləri isə hesab edir ki, bu məbləğ ailənin tələbatı qarşısında çox kiçik puldur:

- Onların özünə 30 lari vermək lazımdır, görək özləri bu pulla nə edə bilirlər.

- Problemlər həddən artıq çoxdur, 30 lari kasıb adama kömək edə bilər? Bu, heç nədir.

Ekspertlər hesab edir ki, vauçerlər əvəzinə hökumət sosial baxımdan müdafiəsiz vətəndaşlara 30 laridən artıq yardım etsəydi, daha yaxşı olardı.

Hazırkı mərhələdə isə hökumət vətəndaşlara seçim imkanı verib, onlar öz vauçerlərini daha çox ehtiyacı olanlarla paylaşa bilərlər. Artıq 5 min ailə elektrik enerjisi vauçerini başqalarına verib.
XS
SM
MD
LG