Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 04:53

Ağacəfər Həsənlidən şeirlər


-

VAX­TIN TOR­PA­ĞI

Gö­yə­rir ax­şam­lar vaxt tor­pa­ğın­da
udur öm­rü-gü­nü baxt ba­taq­lı­ğı.
Əfən­dim, əy­ləş­mə nağd tor­pa­ğın­da,
kə­fən­dir ha­mı­nın ağ ba­taq­lı­ğı.

Qa­lın­dır gö­nü­müz tut yar­pa­ğın­dan
ça­lır gü­nü­mü­zün rən­gi qa­ra­ya.
Yı­ğı­rıq səs­lə­ri od yar­pa­ğın­dan,
dö­nür bi­zim üçün “Zə­min­xa­ra­ya”.

Mərc gə­lən şim­şə­yin qu­lun­cu sı­nır,
bu­lud da bu­la­da gə­lir ba­da­laq.
Çək­di­yi­miz işıq hər ax­şam sö­nür,
bir gün­düz sön­mə­di - işıq­sız qa­laq.

Bir gün­düz say­ma­dı ye­rin­də, an­caq,
bir ax­şam qal­ma­dı yol get­mə­yin­dən.
Vax­tın tor­pa­ğın­da qaç­dıq do­yun­ca,
bez­dik bu dün­ya­da yel öt­mə­yin­dən.


HA­MAR YOL­LA­RI SEV­MƏ­DİM

Ha­mar yol­la­rı sev­mə­dim,
da­mar-da­mar yol­lar mə­ni sev­mə­di.
Keç­di­yim do­lan­bac, en­siz cı­ğır­lar,
ətə-qa­na do­lur, yo­la çev­ri­lir.

Ta­nı­ya bil­mə­dim sax­ta yol­la­rı,
əl­lə­ri­min içi qı­rış­dı, yol­du.
Üzü­mə qa­yı­dır yor­ğun qol­la­rım,
mə­nim ayaq­la­rım yol­la­rı yor­du.

Ha­mar-ha­mar yol­lar,
də­mir-dü­mür yol­lar...
Sən qu­şun yo­lu­nu ni­yə tu­tur­san,
göy­dən yol çək­mi­sən, uçub ge­dir­sən?
Qu­ru­da azır­san, su­da ba­tır­san,
ba­lı­ğın yo­lu­nu qu­cub, ge­dir­sən.

Da­mar-da­mar yol­lar mə­ni sev­mə­di,
Al­la­hın yo­lu­nu azıb ge­dir­sən.
Ya­lın aya­ğı­na qa­loş gey­mə­din,
Har­dan ne­cə gəl­di ba­sıb ge­dir­sən.

Gö­zü yol­la­ra­dır pən­cə­rə­lə­rin,
İzi yer­də qa­lır pən­cə­rə­lə­ri­min...
Al­nı­mın yo­lun­dan hər gün ke­çi­rəm,
dəy­mək üçün ba­şım əcəl da­şı­na.


AQİ­BƏT

Ya­zı­çı Ana­ra

Aqi­bət - quş­cu­ğa­zın sı­ğın­dı­ğı yu­va­dı,
ilan ba­la­sı­nın giz­lən­di­yi oyuq.
Göz­lə­mə­di­yim tərzdə üzü­mə şa­pa­laq də­yir­sə,
aqi­bət­di.
Əcəl gi­rə­və ta­pıb qa­pı­mı dö­yür­sə,
aqi­bət­di.

Aqi­bət­di - na­ğıl­lar­da qı­zıl yu­mur­ta tap­ma­ğı­mız,
yel at­la­rı mi­nib çap­ma­ğı­mız.
Aqi­bət­di - ağ­zı­mı­zın ətə çat­ma­ma­ğı,
gö­zü­mü­zün yat­ma­ma­ğı...
Yas­tı-yas­tı gəz­mə­yi­miz
yas­tı ba­la­ba­nı eşit­di­yi­miz an­dan baş­la­nır.
Ba­şı­mı­zın al­tı­na yas­tıq qoy­ma­ğı­mız,
fıs­tıq kəs­mə­yi­miz,
öm­rü­mü­zə bal­ta çal­ma­ğı­mız - aqi­bət­di.

“Dov­şa­na qaç, ta­zı­ya tut” - de­yi­rik­sə,
dəy­mə­miş tut ye­yi­rik­sə - aqi­bət­di.
Dəy­mi­şi­miz qa­lıb, ka­lı­mız tö­kü­lür­sə,
da­ba­nı­mız­dan na­lı­mız tö­kü­lür­sə - aqi­bət­di;

Aqi­bət - Çal­dı­ran­dı,
Xo­ca­lı­dı...
Qo­ca­lıq­dı.

Mə­hər­rəm­lik­də kən­di­miz­də­ki imam mü­si­bə­ti­di,
gür­cü ça­rı­nın Gən­cə qa­pı­la­rı­na mü­na­si­bə­ti­di.

Əgər ba­şı­mı­za dam uçu­lur­sa,
qa­lı­rıq­sa da­şın-di­va­rın altda.
Dün­ya­da əda­lət di­va­nı var­sa,
haq­qı sax­la­yır­sa di­va­rın altda -
bu aqi­bət­di.

Aqi­bət­di - ahıl ya­şı­na çat­ma­ğı­mız.


BEL AĞA­CI

Ti­fa­qı da­ğıl­mış ürək ney­lə­sin,
ne­cə keç­sin öm­rün yal-ya­ma­cın­dan?!
Ha­mı­ya sir­ri­ni açıb söy­lə­sin,
ya­pış­sın gü­ma­nın əl ağa­cın­dan?!

Ha­mı­mız Al­la­hın şi­kəst bən­də­si,
söy­kə­nib ca­nı­mız əl ağa­cı­na.
Kü­lək­lər gə­ti­rir “Şi­kəs­tə” sə­si
dır­ma­şır ru­hu­muz yel ağa­cı­na.

Qəlb ne­cə vur­ma­sın ağ­rı­nı üzə,
adam­lar ası­lır dil ağa­cın­dan.
Pe­şi­man olu­ruq gə­li­şi­mi­zə
hə­rə­miz bir nəs­lin bel ağa­cın­dan.


UÇUR

Göy­də qa­ran­quş­lar, sər­çə­lər uçur,
göy üzü bir də­fə ba­şı­ma uç­mur.
Yer­də qa­rış­qa­lar, mil­çək­lər uçur,
Yer üzü bir də­fə ba­şı­ma uç­mur.

Fi­kir ver, dün­ya­nın bü­növ­rə­si­nə,
daş da­şa söy­kək­dir, di­var di­va­ra.
Mə­lək­lər al­da­nıb şey­tan sə­si­nə,
ye­ri də, gö­yü də qo­yub ava­ra.

Uçub ay­rı­lıq­lar mə­nim ba­şı­ma,
mə­nim ax­maq kön­lüm uçuq-uçuq­dur.
Bir dam­la su qat­dım öz göz ya­şı­ma,
bu su göz ya­şı­ma pər­səng üçün­dür.


***


Xə­ca­lət çək­dim,
üzü­mün su­yun­da çim­dim.
Mən - çox­bil­miş
adam­la­rın ya­nın­da heç kim­dim.

Ca­nım, adım üs­tüm­də ol­ma­ğıy­nan,
odum, tüs­tüm ol­ma­ğıy­nan,
bir-iki pi­və dos­tum ol­ma­ğıy­nan de­yil,
mən heç ki­məm.

As­qır­dım, səbr gə­tir­dim,
kəm­höv­sə­lə ca­nım, səbr et.
Nəm çək­dim, möh­lət bi­tir­dim,
o yol, o da sən, itil get!

Lə­nə­tə gəl­sin, sür­dü­yüm ömür,
eş­şək ara­ba­sı sür­səy­dim,
bun­dan yax­şıy­dı...
Üzü­mün yum­şaq­lı­ğı­nı gö­rüb
pam­bıq­la kəs­di­lər ba­şı­mı.


İL­XI

Ça­tan kim ad gü­nə­şin qi­ya də­mi,
il­xı­sı­nı bu­ra­xır­dı Zi­yad əmi.
Da­ra­şır­dı ya­mac­la­ra qaş­qa at­lar,
qor­xub, hür­küb nal tö­kür­dü baş­qa at­lar.

İl­xı axır­dı çay ki­mi,
il­ğım axır­dı sel ki­mi.
Gün dar­tı­lır­dı yay ki­mi,
il­xı uçur­du yel ki­mi.

Alp çə­mən­lər tap­daq-tap­daq,
çu­xur-çu­xur, cı­ğır-cı­ğır.
Tap xəs­tə­lik, tap daş, tap dağ;
biz ba­xır­dıq mağ­mın-mağ­mın, fa­ğır-fa­ğır,
Zi­yad əmi kim­dən yı­ğır...

Uşaq­la­ra toy tu­tur­du,
atır­dı kə­mənd at­la­ra.
Hirslə­nib qan ud­du­rur­du,
ça­tır­dı sə­mənd at­la­ra.

Yal tö­kür­dü köh­lən at­lar,
çı­xır­dı uzun yal­la­rı.
Ta­nı­yır­dı köh­nə at­lar
bu qar­ğa-quz­ğun yol­la­rı.

Tap­daq-tap­daq yad­da­şım­da at il­xı­sı
rəng il­xı­sı, cəng il­xı­sı, ad il­xı­sı.
Ça­tır hər gün al gü­nə­şin zi­ya də­mi,
ayaq bas­mır Cən­gə­sə­rə Zi­yad əmi.


***


Bu yar­ğan­dan gə­rək sək­sə­kə ilə ke­çə­sən,
bu yor­ğan­dan gə­rək sağ çıx­ma­ya­san.
Sağ əlim ba­şı­na, yor­ğun qa­ya,
dur­ğun göl­mə­çə, vur­ğun çay.

Ayaq­ya­lın yol, mə­nə bir cüt ça­rıq borclu­san,
gö­zü­mün işı­ğı­nı alan gö­nü­qa­lın dün­ya,
mə­nə bir cüt çı­raq borclu­san -
borclu heç borclu­nun sağ­lı­ğın is­tə­mə­sin...

İk­rah­la bax­dı­ğım kü­çə fa­hi­şə­si,
Al­la­hın ge­cə va­hi­mə­si sə­ni üşüt­mür?
Ki­mə­sə ba­ki­rə­li­yi­ni borclu­san,
de­mə, borclu borclu­nun sağ­lı­ğın is­tər.

Nim­daş pla­şı­mın yır­tıq cib­lə­ri,
de­şik-de­şik ol­muş köh­nə kə­mə­rim.
Mə­nim ümi­di­min düy­mə göz­lə­ri,
borclu borclu­nun sağ­lı­ğın is­tər.

Ba­şı­ma fır­la­nan sır­tıq uşaq­lar,
uçu­run ba­şı­ma çər­pə­lənglə­ri.
Yı­ğın bos­ta­nım­dan yel­pə­nək­lə­ri,
borclu borclu­nun sağ­lı­ğın is­tər.

Elə­dik­lə­ri­mi qa­xın ba­şı­ma,
ba­şı­ma tö­kü­lən qa­ra daş bi­lim.
Dur­na lə­lək­lə­ri düş­sün qar­şı­ma,
yo­num-yon­ta­la­yım, ka­ran­daş bi­lim.

BU­XAR QA­ZA­NI


Lil­par­lar - ha­mı­sı bu­xar qa­za­nı,
dü­şən ya­ğın­tı­nı udur Yer sət­hi.
Göy - an­caq ya­ğış­dan bu­xar qa­za­nır,
bir dam­la keç­mə­yə qoy­mur Yer səd­di.

Öl­dü­rür qu­raq­lıq ca­nım­da nə­mi,
göy­nən ge­dən ru­hum bil­mir ki, bil­mir.
Hər gün su­va­rı­ram kir­pik­lə­ri­mi,
Hər gün dil tö­kü­rəm, bit­mir ki, bit­mir.

Su­san eh­ti­ra­sın kön­lü-gö­zü tox,
şim­şək mö­tə­ri­zə açır ya­mac­da.
Özü­nü apa­ra bil­mir ki, bir dağ,
dü­şür Şah da­ğı­nın ba­şın­dan tac da.

Ağac­lar qu­ru­yub ya­ğı­şın altda,
al­nım­dan tö­kü­lür tər pu­çur-pu­çur.
Son­suz sə­ma­la­rın ba­xı­şı altda,
gö­zü­mün qur­du­nu öl­dür­düm bu cür.

Bu­xar­lan­mış su­lar, xar­lan­mış su­lar
açır leh­mə­lə­rin pas­lı ağ­zı­nı.
Bu­lud­lan­mış su­lar, qar­lan­mış su­lar
yu­mub göy­lə­rin də yas­lı ağ­zı­nı.

Uçu­nan bə­də­nim, qa­çan hə­sə­dim,
ta­le əl­çi­mi­ni qoy­mur əyi­rə.
Bu­xar qa­za­nı­dır ca­nım-cə­sə­dim,
mi­nin­ci də­fə­dir qa­yı­dır ye­rə.


ŞƏR­Tİ ŞUM­DA KƏ­SİR

Ti­kir tor­ba­mı­zı vax­tın sa­hi­bi
Göy­lə­rin gö­zün­də şeh dam­cı­la­rı.
Nə mən ağac ol­dum, sus­dum ye­rim­də
Nə dəy­di be­li­mə şah dam­cı­la­rı.

Ni­yə qa­çaq ol­dum öz yurd-yu­vam­dan
Əl­van sa­ba­hı­mı ta­pa bil­mə­dim.
Sər­çə dim­di­yin­dən dü­şən çö­pün­dən
Özü­mə bir ev­cik ya­pa bil­mə­dim.

Göz dəy­di tit­rə­yən şam işı­ğı­na,
Söz dəy­di söz de­yən haqq aşı­ğı­na.
Dün­ya­ya gəl­mək də qan­qa­ra­çı­lıq,
Dün­ya­dan get­mək də pe­şi­man­çı­lıq.

Ad çək­dim, ah çək­dim, od tut­du içim,
Əs­ki yad­da­şım­da bir ad ye­ri var.
Mə­nim ürə­yi­mə to­xun­ma, ca­nım
Mə­nim ürə­yi­min bir and ye­ri var.

Özün öz qəb­ri­ni qaz­mı­san ki­şi,
Dar­tıb çı­xartdı­ğın gə­vən ye­rin­dən.
Dün­ya­nın ar­şı­nı mə­gər baş­la­nır -
Bi­zim bo­yu­mu­zun kə­fən ye­rin­dən?

Dər­vi­şəm, ağ­lı­ma dua yaz­dır­dım,
Bu mə­nəm - ən xoş­bəxt bax­tın sa­hi­bi.
Ti­kir tor­ba­mı­zı göy­də­ki ki­şi
Şər­ti şum­da kə­sir vax­tın sa­hi­bi.

***

Gö­yün qaş­qa­ba­ğı yer­lə ge­dir:
Açır san­dı­ğı­nı,
Tö­kür pam­bı­ğı­nı...
Ya­mac­lar - ağ dəf­tər
Si­nə­dəf­tər çay­la­rın
Di­li-ağ­zı qu­ru­yub.

Til­sim­lə­nib qı­şın tə­bəs­sü­mü:
Tö­kür hir­si­ni-hik­kə­si­ni
Ana­sı öl­müş Ye­rin üs­tü­nə.
Ba­ca­lar - pa­pi­ros kö­tük­lə­ri­di -
Təs­lim bay­ra­ğı­nı yel­lə­dir göy­dən.

***

Bu­lud­lar çıx­dı qı­nın­dan
Hön­kür­dü dağ­da şə­la­lə.
Su sıç­ra­dı dörd tə­rə­fə
Göl­mə­çə­lər aç­dı la­lə.


ÖZ­GƏ ÇÖ­RƏ­Yİ

Pam­bıq­la baş kəs­di, ha­mı utan­dı,
Qoy­du el-oba­nı avam ye­ri­nə.
Yer­dən qan­qal kə­sib ye­mə­yin dan­dı,
Gül­dü baş­da­şı­nın alın tə­ri­nə.

Ya­pış­dı dör­dəl­li ha­ram ti­kə­dən
Qı­naq hə­də­fi­nə çe­vir­di mə­ni.
Vur­du İs­tan­bul­dan, keç­di Mək­kə­dən
Unut­du gəz­di­yi şeh­li çə­mə­ni.

Ha­lal oca­ğı­na dur­ma­dı yi­yə,
Cən­nət bağ­rın­dan da mer-mey­və dər­di.
Baş­la­yan­da sax­ta pey­ğəm­bər­li­yə
Dö­nüb Al­la­ha da dir­sək gös­tər­di.

Ürək qız­dır­ma­dım, ara vur­ma­dım
Ürək qaz­dır­ma­dım sə­feh sö­züm­lə.
Üzü­mü ağartdı tər­tə­miz adım,
Di­li­min ucun­da ye­ti­şən cüm­lə.

Şöh­rət aza­rı var - için­də na­sı
İs­tə­sən bu rən­gi üzü­nə keç, yax...
Bir dərd var, gö­zü­mün ağı-qa­ra­sı
Mən onun xət­ri­nə dəy­mə­rəm heç vaxt.

Düş­mə­nə ney­lə­di, dos­ta ney­lə­di,
De­dim qa­pı­lar­da gəz­mə çö­rə­yi.
Öz­gə­ni o qə­dər təq­lid elə­di,
Gəl­di göz­lə­rin­dən öz­gə çö­rə­yi.


Kİ­Mİ­YƏM

Do­la­nı­ram sər­səm-sər­səm,
Bir ru­hu dal­ğın ki­mi­yəm.
Ara ye­rə köv­rəltmə­yin
On­suz da çıl­ğın ki­mi­yəm.

Nə üz çe­vir­dim üz­lə­rə
Nə ru­hum sığ­dı söz­lə­rə.
Kül üfür­mü­şəm göz­lə­rə
Səh­ra­da il­ğım ki­mi­yəm.

Bu qa­ya­lar - kür­sü-kür­sü.
Ba­xış­lar­da umu-kü­sü.
Ha ən­də­rin di­bi­mə su
Bi­nə­dən sol­ğun ki­mi­yəm.

Nə de­yim çar­xı çön­mü­şə
Haq­dan çı­ra­ğı sön­mü­şə...
Üs­tüm­də qa­xa dön­mü­şəm
Qu­ru­muş sal­xım ki­mi­yəm.

***

Yer kü­rə­si­ni çox­dan tərk edər­dim,
baş­qa bir Yer kü­rə­si ol­say­dı...
Üs­tün­də or­man­lar, çöl­lər ol­say­dı,
üs­tün­də oke­an­lar, göl­lər ol­say­dı,

o or­man­lar­da çi­çək­lər, gül­lər ol­say­dı,
o çöl­lər­də boz qurdlar ula­say­dı,
çək­mə­lə­ri­min ucu sa­rı pal­çı­ğı­na bu­laş­say­dı,
Yer kü­rə­si­ni çox­dan tərk edər­dim.

Nə­yi­mə gə­rək­dir Yer sət­hi­nin məh­sul­dar tor­pa­ğı,
or­da dən atır­san bi­tir, adam bas­dı­rır­san bit­mir.
Yer kü­rə­si­ni çox­dan tərk edər­dim,
uşaq­lar mə­ni mü­ha­si­rə­yə al­ma­say­dı­lar,
nə­və­lər mə­nə mehr sal­ma­say­dı­lar.

Yer kü­rə­si­ni çox­dan tərk edər­dim,
mə­nə bir qa­pı gös­tə­rən ol­say­dı...
Yer kü­rə­si­ni çox­dan tərk edər­dim,
mə­nim gor evi­mi gös­tə­rin,
baş­qa­la­rı tut­ma­sın.


QA­PA­ZAL­TI

Bu­lud əs­kik ol­mur da­ğın ba­şın­dan
Sax­la­yır zir­və­ni qa­paz al­tın­da.
Bərk ge­dən ada­mın ağ­lı ba­şın­da -
Çə­pə­ki bəd­nə­zər sa­lır atın­dan.

Son an­da yad­da­şın ölür gü­ma­nı,
Ba­xıb öm­rü-gü­nü boş əri­dir­sən.
Sax­la­dım sa­ma­nı, gəl­sin za­ma­nı,
Sən sa­man al­tın­dan su ye­ri­dir­sən...

Ya­rın bi­ya­ban da, səh­ra da od­da,
Ya­lan­çı il­ğım­lar adam al­da­dır.
Ba­şı­nı dik tu­tur səh­ra­da ot da,
Hə­lə mə­nim ba­şım qa­pa­zal­tı­dır.

Qa­paz al­tın­da­dır Mu­ro­vun ba­şı,
Kə­pəz al­tın­da­dır Göy­göl nəh­ri də.
Dü­şüb xan­ça­lı­mın si­mu­zər qa­şı,
Ru­hu­mu ox­şa­mır Göy­göl meh­ri də.

Şu­şa qa­la­sı­dır qa­paz al­tın­da,
Qa­paz al­tın­da­dır kül­li Qa­ra­bağ.
Dil bo­ğa­za qoy­mur yar­pız al­tın­da,
İlan yu­va­sı­dı gül­lü Qa­ra­bağ.

Qey­rət mür­gü­lə­yir pa­paq al­tın­da,
An­caq lə­çək altda düş­mən bir­lə­şir.
Çı­xartdın ba­şı­mı qol­tuq al­tın­dan,
Da­ha qol­tu­ğu­ma qar­pız yer­lə­şir.

"Azərbaycan" jurnalı

XS
SM
MD
LG