Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:17

Amerika müsəlmanları: faktlar və rəqəmlər


Amerika-İslam Əlaqələri Şurasının icraçı direktoru Nihad Awad "Quran"ın ingilis dilində tərcümələri barədə mətbuat konfransında, Washington, 9 sentyabr 2010
Amerika-İslam Əlaqələri Şurasının icraçı direktoru Nihad Awad "Quran"ın ingilis dilində tərcümələri barədə mətbuat konfransında, Washington, 9 sentyabr 2010
Wilson Mərkəzinin məlumatına görə hazırda ABŞ-da təxminən 6 milyon müsəlman yaşayır.

Amma bu rəqəm xeyli mübahisəlidir. "The Pew" araşdırmalar Mərkəzi bu ölkədəki müsəlmanların sayını 2.5 milyon, Amerika İslam Əlaqələri Şurası isə 7 milyon nəfər göstərir.

ABŞ müsəlmanlarının təxminən 68 %-i Amerikadan doğulmayıb və əslən 80-ə yaxın müxtəlif xarici ölkəni təmsil edirlər.

Amerika müsəlmanlarının çoxu gənclərdir, onlar yaxşı təhsilli, orta ABŞ vətəndaşından daha yaxşı təminatlı insanlardır. Müsəlman ailərlərinin orta gəliri ildə təqribən 50 000 dollardır.

ABŞ müsəlmanlarının 58 %-i kollec təhsillidir ki, bu da ölkə üzrə ümumi təhsil səviyyəsindən iki dəfə yüksəkdir.

ABŞ Konqresinin 525 üzvündən 2-si müsəlmandır. Onlar Minnesota və İndiana ştatalarının Demokrat Partiyasından olan Keith Ellison və Andre Carsondur.

ABŞ-ın məşhur müsəlman simalarından BMT-də ölkəni təmsil etmiş Zalmay Khalilzad, 2002-2008-ci illərdə Milli Səhiyyə İnstitutuna rəhbərlik etmiş etmiş Elias A. Zerhouni, Dövlət Departamentinin tanınmış diplomatlarından olmuş Shirin Tahir-Kheli, kimya üzrə Nobel Mükafatı laureatı Ahmed Zewail, “Newsweek” dərgisinin və CNN telekanalının əməkdaşı Fareed Zakarianın adları çəkilə bilər.

ABŞ müsəlmanları üçün tarixin həlledici anları:

  • 1619-1800-cü illər. Afrikadan təxminən 10 milyon insan qul kimi Şimali Amerikaya aparılıb. Onların 30 %-ə yaxınının müsəlman olduğu guman edilir.
  • 1907-ci il. Polşa, Rusiya və Litva mənşəli amerika müsəlmanları Amerika Məhmməd Cəmiyyəti yaradıblar. Bu ABŞ-da ilk müsəlman təşkilatı idi.
  • 1919-cu il. Miçiqanda İslam Assosiasiyası yaradıldı.
  • 1934-cü il. ABŞ-da Ana Məscidi adı ilə ilk müsəlman ibadət ocağı tikildi.
  • 1957-ci il. Prezident Dwight D. Eisenhower Washingtonda İslam Mərkəzində çıxış etdi.
  • 1965-ci il. Prezident Lyndon B. Johnson 1924-cü ildə qəbul edilmiş və ABŞ-da Avropadan olmayan köçkünlərə məhdudiyyətlər nəzərdə tutan qanunu ləğv etdi.
  • 1991-ci il. New York City-də İslam Mədəniyyət Mərkəzinin tikintisi başa çatdı. Bu, New York City-də tikilən ilk məscid idi.
  • 1991-ci il. Texas ştatında Kountze şəhərinin meri seçilən Charles Bilal ABŞ-da bələdiyyə rəhbəri olan ilk müsəlman idi.
  • 1993-cü il. Abdul-Rasheed Muhammad ABŞ ordusuna ilk müsəlman din xadimi təyin edildi.
  • 1996-cı il. Ağ Evdə ilk dəfə Ramazan Bayramı keçirildi.
  • 2001-ci il. ABŞ-ın Poçt Xidməti ilk dəfə Müsəlman bayramı şərəfinə poçt markaları buraxdı.
  • 2005-ci il. Miçiqanda ABŞ-ın ən böyük məscidi tikildi.
  • 2006-cı il. Minnesotadan Keith Ellison ABŞ Konqresinə Nümayəndələr Palatasına seçilən ilk müsəlman oldu. O, Thomas JefJeffersona məxsus “Quran”ın surətinə əl basaraq and içdi.
  • 2008-ci il. İndianadan Andre Carson ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilən ikinci müsəlman oldu.
XS
SM
MD
LG