Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:49

Yumurta satanları üç il həbs gözləyir


Prezident hər il Bakıda Novruz şənlinkərində Kosa ilə yumurta döyüşdürür
Prezident hər il Bakıda Novruz şənlinkərində Kosa ilə yumurta döyüşdürür

Baş prokurorluğun martın 11-də yaydığı məlumata görə prezident İlham Əliyevin göstərişi əsasında süni qiymət artımı və inhisarçılıqla bağlı araşdırma aparıb.

Məlum olub ki, 2010-cu ilin mart ayında yumurtanın pərakəndə satış qiyməti hər on ədəd üçün 0,93 manat təşkil edib. Amma 2010-cu ilin dekabr ayınadək bu qiymətlərin tədricən 1,61 manata qədər qaldırılıb.

Bundan sonra, 2011-ci ilin fevral-mart aylarında toyuq yumurtasının pərakəndə satış qiymətlərində kəskin artım baş vermiş, fevral ayının 1-dən martın 3-dək olan müddət ərzində isə artım daha çox olmuş və on ədəd toyuq yumurtasının qiyməti 1,61 manatdan 2,28 manatadək bahalaşıb:

“Aparılan araşdırmalar göstərmişdir ki, yumurta bazarında əsas paya malik olan şirkət və fərdi sahibkarlar məhsullarının qiymətlərini eyni vaxtda qaldırıblar.

Nəticədə yumurtanın pərakəndə satış qiymətlərində də fevral-mart ayları ərzində 41,6 faiz artım baş verib. Bununla da həmin təsərrüfat subyektləri tərəfindən razılaşdırlmış hərəkətlərə (kartel sövdələşməsinə) yol verilməklə "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Resublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulub.
Baş Prokuror Zakir Qaralov
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırma zamanı toplanmış materialda Cinayət Məcəlləsinin 199-cu (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin əlamətləri müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb”.

Indi bu cinayətlər üzrə yumurta istehsalçıları günahlı bilinsələr onları min manatdan iki min manatadək miqdarda cərimə və ya bu işlə məşğul olma hüququndan məhrumetmə cəzası gözləyir. Bu maddələr ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur.

Yumurta bazarında kartel razılaşmasının olduğunu prezident İlham Əliyev martın 10-da Bakı şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə deyib. İndi Respublika prokurorluğu dövlət başçsının dediklərini təsdiq edən bəyanat yayır.

Dünən İqtyisadi İnkişaf Nazirliyinə çağırılan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevsə AzadlıqRadiosuna deyib ki, yumurtanın az qala 10 qəpiyə düşməsi mümkün deyil. Çünki istehsalçıların xərcləri onun maya dəyərini artırır. Quşçular qiyməti endirmək üçün hökumətdən bu sahəyə dair məhsullara əlavə dəyər vergisinin ləğvini xahiş edirlər.
XS
SM
MD
LG