Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:10

Balayar Sadiq. Düşüncə yolu, Sənsizlik romanı


DÜ­ŞÜN­CƏ YO­LU


Yol -
şə­hər haq­qın­da
dü­şün­cə­dir...
Ta­le­yin
kü­çə­lə­rin­də az­mış

kənd uşa­ğı­dır şə­hər...
öz için­də
var-gəl edir
hər gün...

Hə­qi­qə­tin
di­zi üs­tə otu­ran
o ki­şi­ni
sən gör­mə­mi­sən...

Yov­şan ətir­li
söh­bət­lə­ri
hə­lə də
yad­da­şım­da lə­pə­lə­nir...

Yol dü­şün­cə­dir...
şə­hər haq­qın­da
ol­ma­sa da...


SƏN­SİZ­LİK RO­MA­NI

Sən­siz­lik aç­dı qa­pı­nı...
boş otaq­da
di­var­la­rın
nə de­di­yi­ni eşit­mə­dim.

Pən­cə­rə­dən
mis­ra-mis­ra
seyr et­dim
otaq­da­kı sən­siz­li­yi.

Di­lim­də­ki söz­lər
utan­dı­ğın­dan
at­dı özü­nü
sən­siz­li­yin aya­ğı al­tı­na...

Son­ra
ürə­yi­mi gö­tü­rüb
bar­maq­la­rı­mın ucun­da
keç­dim sən­siz­li­yin ya­nın­dan...

Qon­şu otaq­da
güz­gü­dən
sə­tir-sə­tir
boy­la­nır­dı sən­siz­li­yin...

İn­di
Bir­cə onu bi­li­rəm ki,
bü­tün güz­gü­lər sən­siz­lik ro­ma­nı­dır.

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG