Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:12

Yaponiyadakı atom qəzasının təsiri Norveçə çatır


Yaponiya ancaq seysmik aktiv zona deyil, bura həm də investisiya sarıdan dünyanın ən dinamik hissələrindən biridir.

Təbii fəlakət və ardınca atom qəzaları Yaponiyadakı investorlara da ağır zərbə vurub.

Tokyo birjasında qiymətlərin kəskin şəkildə aşağı düşməsi nətincəsində Norveçin Neft fondunun 213 milyon manat miqdarında itkiyə məruz qaldığı bildirlir.

Norveç Neft Fondu Fukushima atom stansiyasının sahibi olan Tokyo Electric Power Co. (Tepco) şirkətinin səhmlərinin 1,27 faizini almışdı. Bu, Norveç Neft Fondunun Yaponiyadakı ən böyük investisiyalarından biri idi.

2010-cu ildə Tepconun aksiyalarının kursu 1983 yen idi. Atom qəzasından sonra Tokyo birjasında Topec-in qiyməti sürətlə aşağı düşməyə başlayaraq 756 yenə çatdı. Norveç Neft Fondunun itkiləri də bu ucuzlaşma ilə bağlıdır.

Fukushima stansiyasından gələn nikbin xəbərlərdən sonra Topecin səhmləri nisbətən sabitləşsə də, atom reaktorlarında olduğu kimi, Tokyo birjasında vəziyyət qeyri-müəyyən olaraq qalır.

Norveç Neft Fondunun itkiləri isə, əslində dənizdə damla kimi sayılır. Çünki norveçlilərinin neft gəlirlərini idarə edən Norveç Dövlət Bankının xüsusi ehtiyyat qaydaları var: sərmayələri elə yerləşdirir ki, gözlənilməz hadisələr baş verəndə itkilər böyük olmasın.

Norveç Neft Fondunun əsl adı Dövlət Pensiya fondudur və dünyanın ən böyük maliyyə ehtiyyatlarından sayılır. Norveç dövləti neft gəlirlərinin ancaq 4 faizindən istifadə edərək yerdə qalan 96 faizi Neft Fonduna keçirir. 2010-cu ilin oktyabrında fondun ehtiyyatları 3000 milyard Norveç kronu həddini (təqribən 426 milyard manat) aşıb. Bu nəhəng maliyyə ehtiyyatları Norveç Dövlət bankının xüsusi qrupu tərəfindən idarə olunur.
XS
SM
MD
LG