Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:48

Nümayişçilər məğlubiyyətə məhkumdurlar?


17 aprel aksiyası
17 aprel aksiyası
«Mənzərə tanışdır. Cəsur demokratiya fəalları Bakı küçələrinə çıxır, polis yaxınlaşır, izdihamı dağıdır və nümayişçilərdən bəzilərini həbs edir. Bəzi təşkilatçılar həbs cəzası alır; ölkədən kənarda təbliğat aparanların yaxınları işdən çıxarılır. Müsavat Partiyasında polisin reyd keçirməsi hökumətin var qüvvə ilə «ərəb yazı»nın Azərbaycana yayılmasının qarşısını almağa çalışdığına işarədir».

Rejimin burada öz siması var. 2003-2005-ci illərdə «rəngli inqilablar» Ukrayna, Gürcüstan və Qırğızıstanda hakimiyyəti devirdiyi zaman Bakıda dərs aydın idi: «nümayişlərin kökünü kəsmək». Nümayişçilər buna görə cavab verdilər: bir gənc fəal 7 il həbs cəzası aldı; digərinə 5 il verildi...

Götürək mətbuat azadlığını. Aprelin 20-də bir neçə qurama ittihamla həbs olunmuş jurnalist Eynulla Fətullayevin həbsinin dördüncü ili tamam oldu. Bir il əvvəl Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətindən onun sərbəst buraxılmasını tələb edib. Ancaq hökumət bu qərara məhəl qoymayıb. Qorxu mühiti jurnalistlərdə özünü senzuraya səbəb olub.

Siyasət də həmçinin. Hökumət son illərdə öz mövqeyini möhkəmlədib. 2010-cu ilin iyul ayında aparılan dəyişikliklər parlamenti icra hakimiyyətinin qərarlarını möhürləyən quruma çevirib. 2009-cu ilin martında hökumət tələsik referendum keçirərək prezidentlik müddətinə qoyulan məhdudiyyəti aradan qaldırıb. EHTİMAL Kİ, 49 YAŞLI İLHAM ƏLİYEV 2013-CÜ İLDƏ DƏ PREZİDENT SEÇİLƏCƏK. O, on illərlə hakimiyyətdə qala bilər.

Böyük neft pulları sayəsində infrastruktur və rekonstruksiya layihələrində bum yaşanır
Xarici təzyiqin mənası ola bilər. Beynəlxalq təzyiq ötən il qondarma ittihamlarla tutulmuş iki bloqqerin azadlığa buraxılmasına səbəb oldu. Ancaq bütövlükdə Bakının qadağalarına beynəlxalq cavab zəifdir. Avropa Şurasının sözləri ilə hərəkəti uzlaşmır. Avropanın enerji təchizatı, ABŞ qoşunlarının Əfqanıstana tranziti və Dağlıq Qarabağ münaqişəsinin həlli kimi məsələlər diplomatları təzyiqdən çəkindirir.

Nümayişçilər məğlubiyyətə məhkumdurlar? Azərbaycan İlham Əliyev rejimi altında çox nailiyyət əldə edib. Böyük neft pulları sayəsində infrastruktur və rekonstruksiya layihələrində bum yaşanır. 2006-2010-cu illərdə sosial təminat üçün ödənişlər 3 dəfə artıb. Dünya Bankının qiymətləndirməsinə əsasən, həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Prezidentin reytinqi yüksəkdir, özü də təkcə hökumətin maliyyələşdirdiyi sorğularda yox.

Bununla belə, prezident görünür, başqa bir yerdə baş verən üsyanlardan kifayət qədər narahatdır ki, ictimaiyyətlə münasibətlərdə əks-hücuma keçib. O, televiziyada daha tez-tez görünməyə başlayıb və yeni təşəbbüslər elan edib, o cümlədən anti-korrupsiya islahatları. Azərbaycan «Transparency International» təşkilatının Qlobal Korrupsiya Barometrində Zimbabve ilə yanaşı 134-cü yerdədir. Korrupsiya və himayədarlıq ictimai həyatda dominantlıq edir. BƏZİ TƏNQİDÇİLƏR HÖKUMƏTİN SƏYLƏRİNİN GÖRÜNTÜ OLDUĞUNU DÜŞÜNÜR. Digərlərini isə yol polisində və gömrükdə rüşvətə qarşı atılan addımların müvəffəqiyyəti yaxşı mənada
Bakının qadağalarına beynəlxalq cavab zəifdir
təəccübləndirib.

Ölkənin daha bir problemi var. Neft gəlirləri ümumi daxili məhsulun 55 faizini təşkil edir. Ancaq bu, həmişə belə olmayacaq. Bəzi qiymətləndirmələrə görə, istehsal maksimum həddə çatıb və ehtiyatlar artıq 2028-ci ildə qurtara bilər. Qeyri-neft sektorunun daha çox diqqətə ehtiyacı var.

Avropa Sabitlik Təşəbbüsü son hesabatında nikbin notları qeyd edir. Son nümayişlərin arxasında xaricdə təhsil almış yeni liderlər nəsli dayanır. Onlar öz liderlərindən daha çox şey gözləyir, nəinki sabitlik və sosial yardım. Sosial media da onlara vətəndaşlarla ünsiyyət imkanı yaradır.

Çətin ki, Azərbaycan Misir və Tunis nümunələrini yaşasın. Necə ki, bu ölkədə Gürcüstan və Ukraynadakılar təkrarlanmadı. Avropa Sabitlik Təşəbbüsü təklif edir ki, ən yaxşı müqayisə 70-ci illərin Şərqi Avropa ölkələri ola bilər. Timoti Qarton Eşin (Timothy Garton Ash) təsvir etdiyi kimi, onlar donmuş göl kimidirlər: üzdə durğundur, ancaq səthdən aşağıda fəaldır.

Hələlik prezident Əliyev və onun yaxınları müəyyən radikal islahatları bəyan etməklə xeyir əldə edir. Ancaq onlar bunu belə həmişə sürdürə bilməzlər.
XS
SM
MD
LG