Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:51

Suzan Mübarək 4 milyon dollar pulu dövlətə verəndən sonra azad olunub


Devrilmiş Misir prezidenti Hüsni Mübarəkin həyat yoldaşı Suzan Mübarək həbsdən azad olunub.

O 4 milyon dollar şəxsi vəsaitini dövlətə qaytarmağa razı olandan sonra azad olunub.

Keçmiş prezident və onun xanımı dövlətdən milyardlarla dollar oğurlamaqda ittiham olunurlar.

70 yaşlı Suzan Şarm el Şeyxdə xəstəxanada və eyni vaxtda həbsdə idi.

Onda həbs qərarından sonra ürəktutma olmuşdu.

Suzanın azad olunması ərəfəsi rəsmilərin dediyinə görə, Suzan 3 milyon dollar və Qahirə yaxınlığındakı villanı dövlətə qaytarmağa razı olmuşdu.

Misir qanunlarına görə, qeyri-qanuni gəlir əldə edən bu pulu dövlətə qaytarmalıdır.
XS
SM
MD
LG