Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:53

Bəxtiyar Hacıyev iki il azadlıqdan məhrum edildi


Bəxtiyar Hacıyev 2 il müddətinə həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
Direct-ə keçid

Mayın 18-də Gəncənin Nizami Rayon Məhkəməsinin hakimi gənc fəal Bəxtiyar Hacıyev barəsində 2 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.


BƏXTİYAR HACIYEV 2 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB

Mayın 18-də Gəncənin Nizami Rayon Məhkəməsinin hakimi gənc fəal Bəxtiyar Hacıyev barəsində 2 il azadlıqdan məhrum etmə qərarı çıxarıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Bəxtiyar Hacıyev məhkəmədə bildirib ki, hakimin istintaq təcridxanasına 3 dəfə məktub göndərməsindən sonra zala gəlib. O, məhkəmədə iştirak etmək istəməməsini hakimin ədalətinə inanmaması ilə izah edib.

Son söz deməkdən imtina edən Bəxtiyar Hacıyev vəkili Əlayif Həsənovun da danışmamasını xahiş edib.

Bəxtiyarın anası Solidə Hacıyeva isə indi ölkədə yaranan vəziyyəti 1937-ci ilin kommunist repressiyasına bənzədib: "İlk gündən deyirdim ki, 37-ci illərdir. Amma indi görürəm ki, o vaxtlardan da kəskin olub hadisələr”.

Məhkəmədə ATƏT-in Bakı ofisinin nümayəndələri də iştirak edib.

Bəxtiyar Hacıyevin vəkili Əlayif Həsənov deyiub ki, bu qərardan şikayət verəcəklər.

Bəxtiyar Hacıyev qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma maddəsi ilə ittiham olunur. Amma özü və vəkilləri əslində onun əslində internetdə müxalifət mövqeli fəaliyyətinə görə təqiblərə məruz qaldığını bildirirlər.

Bu qərar Avropa Parlamentinin sədri Jerzu Buzekin Bakıya səfəri ərəfəsində qəbul edilir. O, mayın 20-də Azərbaycana gələcək.

Avropa Parlamenti mayın 12-də insan haqlarının vəziyyətinə görə Azərbaycanı tənqid edən qətnamə qəbul edib. Həmin sənəddə də Bəxtiyar Hacıyevin üzləşdiyi ittihamlardan bəhs edilirdi.

Azərbaycan rəsmiləri isə sənəddə qeyd edilən halları inkar edir, onu qərəzli adlandırırlar.


ABŞ SƏFİRLİYİ FƏRQLİ DÜŞÜNƏNLƏRİN CƏZALNDIRILMASINA DAİR SUALLAR YARANDIĞINI BİLDİRİR
ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza

ABŞ-ın Azərbaycandakı səfirliyi elə bu gün yaydığı məlumatında qeyd edir ki, «Bəxtiyar Haciyevin Azərbaycanda hakimiyyətə qarşı etiraz aksiyalarının təşkil etmə cəhdlərindən dərhal sonra həbs olunması hökümət rəsmiləri tərəfindən fərqli düşünən şəxsin məhkəmə sistemi vasitəsilə cəzalandırılması barədə sual yaradır».

Səfirlik onun işini yaxından izlədiyini qeyd edərək məhkəmə orqanlarını, B. Haciyevin apellyasiyasına Azərbaycanın qanunları və beynəlxalq öhdəliklərinə əsaslanaraq baxılmasına çağırır.


İSA QƏMBƏR B.HACIYEV VƏ DİGƏR GƏNC SİYASİ FƏAL MƏHBUSLARIN BURAXILMASINI TƏLBƏ EDİR
İsa Qəmbər

Müsavat başqanı İsa Qəmbər də Bəxtiyar Hacıyevin həbsini pisləyib, Azərbaycan hökumətini həbsdəki gəncləri azadlığa buraxmağa çağırıb:

“Bu hakimiyyətin cəmiyyətin fəallaşması qarşısında qorxunun təzahürüdür, gənclərin fəallaşması qarşısında qorxunun təzahürdür. Savadlı, yaxşı təhsil almış, müstəqil mövqeyə malik gənclərin fəallaşması qarşısında hakimiyyətin qorxusunun təzahürüdür. Ancaq qorxunun heç bir şeyə faydası yoxdur. Gənclik yetişir, öz sözünü deyir, və deyəcək.

Müsavat partiyasının təmsilçisi olaraq qərara qətiyyətlə etiraz edirəm. Hesab edirəm ki, hakimiyyət bu oyunlara son qoyub, qanunsuzluqlara son qoyub, ciddi, köklü islahatlara başlamalıdır. Bu islahatlara başlamağın siqnalı da məhz gənclərin, siyasi məhbusların, vicdan məhbuslarının, həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə başlaya bilər”- deyə Müsavat başqanı bildirib.


ZAHİD ORUC MƏSƏLƏDƏ SİYASİ BİR ŞEY GÖRMÜR
Zahid oruc

Ana Vətən Partiyasından deputat Zahid Oruc isə hesab edir ki, məsələyə hüquqi aspektdən yanaşılmalıdır, bu sahədə siyasətçilərin deəcəyi söz yoxdur:

“Məncə bu həbsi şərh etmək siyasi deyil, daha çox hüquqi müstəvidə həyata keçirilməlidir. Bunun üzərinə siyasilər daha çox getdikcə məsələ ətrafında dartışılan predemet də sanki genişlənmiş olur. Mən çox arzu edərdim ki, məsələyə hüquqi aspektdən yanaşılsın, qiymət verilsin.

Ümumi məsələ mənə bəlli olsa da, təfərrüatlarla bağlı geniş bilgim yoxdur. O mənada mötəbər fikir söyləmək çətindir. Hər bir halda hesab edirəm ki, Bəxtiyar Haciyev və vəkili müvafiq olaraq addımlar atacaq və sonuc müsbət məcrada tamamlanmış oalcaq”.
XS
SM
MD
LG