Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:50

“Qaçqınlara sərmayəyə görə Azərbaycan birinci yerdədir”


“Ermənistandan və münaqişə nəticəsində digər işğal olunmuş rayonlardan qovulmuş məcburi köçkülərin həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti böyük səylər göstərib”.

Bu fikirləri Azərbaycanda səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quttiyeres mayın 19-da Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O deyib ki, qaçqın və məcburi köçkünlərlə bağlı adambaşına düşən sərmayənin həcminə görə Azərbaycanının dünyada birinci yerdədir. Komissarın deməsinə görə, bu baxımdan da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı məcburi köşkünlərə yardımların göstərilməsi ilə məşğul olmur. Yalnız məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində lazımı addımlar atır.

Komissar onu da deyib ki, BMT-nin qaçqınlar üzrə komissarlığı müvafiq beynəlxalq tərəflərə müraciət edib Ermənistandakı qaçqınlara 1300 evin tikilməsi üçün vəsait ayrılmasını istəyib. Amma o, bu ölkəyə də yardımların edilməsi müddətinin yaxın vaxtlarda bitəcəyini deyib.

Komissar deyib ki, Ermənistan hökumətinin kifayət qədər resursları olmadığından bu ölkədə bəzi qaçqın ailələrinə yardım edə bilmədiyindən qurum həmin şəxslərə yardım eləmək qərarına gəlib.

Komissar deyib ki, problemin siyasi ölçüsündən asılı olmayaraq həm Azərbaycandakı qaçqın və məcburi köçkünlərə, həm də Ermənistandakı qaçqınlara yardımlar göstərmək BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının öhdəliyidir.

Komissar işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdə BMT-nin Qaçqlınlar üzrə Ali Komissarlığının heç bir fəaliyyət göstərmədiyini deyib. Onun sözlərinə görə, münaqişənin siyasi yolla həllinə qədər bu kimi fəaliyyət baş tutmayacaq.

BMT-nin Qaçqınlar üzrə Ali komissarı ilk dəfə Azərbaycanda beş il əvvəl olub.
XS
SM
MD
LG